Prezident Davos Forumunun tribunasından Azərbaycan reallıqlarını dünyaya çatdırır
Tarix: 24.01.2020 | Saat: 14:07:00 | E-mail | Çapa göndər


Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, startap biznesindədirlər, onlar hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da biz yaxşı nəticələr göstərənləri hökumət təşkilatlarına işə götürürük.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Davos Dünya İqtisadi Forumunda danışıb. “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında moderatorun “Ölkənizdə gənclər küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz?” sualını cavablandıran Prezident İlham Əliyev deyib: “Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə edib, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməyib. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilib. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır”.
Prezident İlham Əliyev Davos Forumunun tribunasından istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Forum Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platformadır. Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatına gəlincə, bu, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Təsadüfi deyil ki, Prezidentin Sərəncamı ilə 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. Könüllülük fəaliyyətinin təşviqi məqsədilə Azərbaycan dövləti tərəfindən zəruri addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, dövlət dəstəyi mexanizmləri formalaşdırılıb. Azərbaycanda könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib. Ölkəmizdə bir çox könüllü hərəkatları yaranıb, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşıb. Azərbaycan könüllüləri kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları və digər irimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində mühüm rol oynayıblar.




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
İtaliya Deputatlar Palatasının sədri ilə görüş YENİLƏNİB
21.02.2020
Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə birgə işçi nahar edib YENİLƏNİB
20.02.2020
İtaliya Deputatlar Palatasının sədri ilə görüş YENİLƏNƏCƏK
20.02.2020
Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə birgə işçi nahar edib
20.02.2020
Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info