“The House Magazine”: “Azərbaycan iqtisadi lokomotivdir”
Tarix: 20.09.2013 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən Britaniyanın nüfuzlu siyasi jurnallarından olan “The House Magazine” jurnalının sentyabr buraxılışında dərc etdirilən təbliğat xarakterli məqalə liberal demokratların konfransında Britaniya-Azərbaycan əlaqələri barədə məlumatlılığı artırıb. Jurnalın sentyabr buraxılışı Liberal Demokratlar Partiyasının Qlazqodakı konfransında iştirak edən yüzlərlə partiya üzvünə paylanıb. Yazıda deyilir ki, Böyük Britaniya Azərbaycana qoyulan birbaşa xarici investisiyanın ən böyük təminatçısı olaraq qalır, 2013-cü ilin birinci rübündə bu göstərici 44.1% təşkil edib. Məqalədə hazırkı Prezident İlham Əliyevin vasitəçiliyi ilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin roluna diqqət yönəldilir. BP-nin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzərin təbii ehtiyatlarının hasilatı ilə bağlı razılığa gəldikləri bildirilir. Qeyd olunur ki, bu yaxınlarda razılaşdırılmış Trans-Adriatik boru kəmərinin Qərbi Avropanın enerji təhlükəsizliyini təmin edərək Xəzər qazını Türkiyənin Avropa sərhədindən İtaliyaya çatdıracaq.
Məqalədə bildirilir ki, Azərbaycan “iqtisadi lokomotiv”dir, bir çox sahələrdə, o cümlədən İKT, maliyyə xidmətləri və turizm sahəsində geniş imkanlar təqdim edir, Britaniya şirkətlərinin “Odlar yurdu”nda gələcəyi parlaqdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info