Masallıda gənclər arasında “Breyn rinq” intellektual yarışı üzrə rayon birinciliyi keçirilib
Tarix: 24.01.2020 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


24 yanvar 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Könüllülər ili” ilə əlaqədar olaraq ASAN İntellektual İnkişaf Mərkəzində gənclər arasında “Breyn rinq ” intellektual yarışı üzrə rayon birinciliyi keçirilmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Oktay Mütəllimov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunmasından danışaraq iştrakçılara uğurlar arzulamışdır. Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodkabinetin müdiri Bəybala Xəliliov çıxış edərək iştrakçıları salamlamış və keçirilən tədbirin bu gün ki, gənclərin həyatında mühüm yer tutduğunu və gələcəkdə onların tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdən ibarət olduğunu vurğuladı.
Gərgin və maraqlı mübarizə şəraitdə keçən bilik mübarizəsinin sonunda I yeri Bala Kolatan kənd tam orta məktəbinin gənclərdə ibarət “Big Bang” komandası, II yerə F.Xancanov adına Musaküçə kənd tam orta məktəbinin gənclərdən ibarət “Birlik” komandası , III yerə N.Nərimanov adına Şəhər 2 nömrəli tam orta məktəbinin gənclərdən ibarət “Elm” komandası layiq görülmüşdür. Fərqləndiyinə görə isə Bədəlan kənd tam orta məktəbinin gənclərdən ibarət “Bədəlan” komandası diplomla mükafatlandırılmışdı. Qalib komandalar Rayon Gənclər və İdman İdarəsin tərəfindən Kubok və diplomlarla mükafatlandırılmışdır.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitabı nəşr edilib
20.02.2020
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20.02.2020
DTX Neftçala İcra Hakimiyyətində əməliyyatla bağlı məlumat yayıb
20.02.2020
DOST könüllülüklə bağlı beynəlxalq müsabiqədə birinci oldu
20.02.2020
Ali Məhkəmənin 7 hakimi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info