Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə ərazisində səyyar görüş-qəbulu
Tarix: 24.01.2020 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


22 yanvar 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Boradigah ərazisində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 300-ə yaxın qəsəbə sakini iştirak etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Boradigah qəsəbəsi rayonun böyük və abad yaşayış məntəqələrindəndir. Ölkədə, rayonda həyata keçirilən abadlıq - quruculuq işləri 12136 nəfər əhalisi olan bu ərazidə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə 2019-cu ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərinin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasındakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar cənab Prezidentin Sərəncamı ilə təmir olunur.
Sonra rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Qəsəbə sakinlərindən Aydın Abdullayev, Pərvanə Cəfərova, Sevil Əliyeva, Əlipənah Eyvazov, Vaqif Cavadzadə, Ağaverdi Həsənov, Ağaməmməd Yusubov və başqaları məhkəmə prosesi, içməli su, yüksək gərginlikli elektrik xəttinin təmiri, uşaqların təhsili, iş, ünvanlı sosial yardım, pensiya məsələsi, qəsəbənin mərkəzindən bələdiyyə sarayına gedən yolun açılması, dövlət torpaq aktı və şəxsiyyəti təsdiq edən digər sənədlərin bərpası və sair məsələləri gündəmə gətirmişlər. Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20.02.2020
IDEA təşkilatının “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulub
20.02.2020
Masallıda “Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu“ mövzusunda seminar-treninq keçirilib
20.02.2020
Astara rayonunda 2019-cu ilin nəticələri müzakirə olunub
19.02.2020
Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info