“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində dəyirmi masa keçirilir
Tarix: 24.01.2020 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Bakıda “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilir. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilib.
Trend-in məlumatına görə, bu gün konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilir. Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun moderatorluğu ilə keçirilən tədbirdə dövlət strukturlarının nümayəndələri, tanınmış mədəniyyət, təhsil və elm xadimləri, hər iki ölkədən olan jurnalistlər iştirak edirlər.

Dəyirmi masada çıxış edənlər vurğulayıblar ki, Rusiya ilə Azərbaycanın münasibətlərinin bütün istiqamətlərdə çox intensiv inkişaf etdiyi bugünkü şəraitdə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, bəzən mədəni əməkdaşlıq siyasi və iqtisadi əməkdaşlıqla münasibətdə heç də az rol oynamır. Mədəniyyət, təhsil və elm sahələri Azərbaycan-Rusiya strateji tərəfdaşlığının uğurlu inkişafında böyük amillərdir. İki ölkənin dövlət başçılarının səmimi dostluq münasibətləri bu prosesdə həlledici amildir.

Qeyd edilib ki, bu cür tədbirlər humanitar əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Xüsusi vurğulanıb ki, ulu öndər Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin inkişafına və təşəkkülünə böyük töhfə verib.

Dəyirmi masanın gedişində Moskva və Bakı mədəniyyət idarələri arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Qeyd edək ki, konfrans çərçivəsində Rusiyada yaşayan görkəmli azərbaycanlılara və Azərbaycanda yaşayan rusların məşhur nümayəndələrinə həsr edilmiş fotosərgi keçirilməsi planlaşdırılır. Sərgi TASS informasiya agentliyi tərəfindən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə birgə təşkil olunub.
Konfrans çərçivəsində TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” kitablarının təqdimatı və digər mədəni tədbirlər nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
Cazın bahar sədaları Muğam Mərkəzindən səslənəcək
20.02.2020
Xocalı soyqırımı qurbanlarının xatirəsinə anım konserti təşkil edilib
20.02.2020
Mariya Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
20.02.2020
“Türkologiya” jurnalı və Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020
“Berlinale“ Film Festivalı “Selincer ilim“ dramının nümayişi ilə açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info