“Bir çox ölkə könüllülük fəaliyyətinə görə Azərbaycandan nümunə götürə bilər”
Tarix: 24.01.2020 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Zeynəb Kazımova: “Akademiyanın tələbələri “Könüllü gömrükçü” dəstələrində aktiv şəkildə təmsil olunurlar”

“Akademiyanın tələbələri könüllülük fəaliyyətinin ictimai həyatda gənclərin özlərini təsdiq etməsində əhəmiyyəti ilə bağlı məlumatlandırılır”


Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında bir sıra maraqlı məqamlara toxunub. Prezidentin "Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar” fikri isə daha çox diqqət çəkib. Həmçinin dövlət başçısı Azərbaycanın çox nəhəng könüllülər hərəkatına başlaması və on minlərlə insanın ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak etdiyini xüsusi vurğulayıb.
Prezidentin gəncləri və xüsusən də könüllülər məsələsini önə çəkməsini, diqqətdə saxlamasını şərh edən Dövlət Gömrük Komitəsi Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynəb Kazımova “Palitra”ya verdiyi açıqlamada bildirib ki, bir çox ölkələr könüllülük fəaliyyətinə görə ölkəmizdən nümunə götürə bilər. O qeyd etdi ki, ölkə başçısının daim gəncləri, tələbələri, xüsusən də könüllüləri diqqətdə saxlaması təqdir olunası haldır. Zeynəb Kazımova Dövlət Gömrük Komitəsi Akademiyasının da aktiv şəkildə könüllülük hərəkatına qoşulduğunu vurğuladı: “Bildiyiniz kimi Prezident İlham Əliyev 30 dekabr 2019-cu il tarixində “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” sərəncam imzaladı. Təbii ki, bu da könüllü gənclər, tələbələr üçün tarixi bir sərəncam idi. Onların fəaliyyəti, gördüyü işlər hər zaman qabardılmalıdır. Məsələn, bizdə daim könüllülük fəaliyyətinin əhəmiyyəti önə çəkilir. Akademiyanın tələbələri könüllülük fəaliyyətinin ictimai həyatda gənclərin özlərini təsdiq etməsində əhəmiyyəti ilə bağlı məlumatlandırılır. Akademiyamızda gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət ruhunda yetişdirilməsi istiqamətində təlim-tərbiyə işləri aparılır”.
Zeynəb Kazımova onu da xatırlatdı ki, ötən il ilk “Könüllü gömrükçü” dəstələrinə Akademiyanın 62 tələbəsi cəlb olunub: “Onlardan 51 nəfəri könüllülük fəaliyyətini uğurla başa vuraraq sertifikat alıb. Akademiyanın tələbələri “Könüllü gömrükçü” dəstələrində aktiv şəkildə təmsil olunurlar. 12-14 iyun 2019-cu il tarixlərində Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisində tələbələrimiz fəal iştirak ediblər. Könüllülük hərəkatında iştirak edərək tələbələrimiz sosiallaşmaqla yanaşı, həm də peşə bacarıqlarına dərindən yiyələnirlər. Tələbələrimiz bir çox dövlət tədbirlərində, o cümlədən Gömrük Komitəsinin könüllülük hərəkatında yaxından iştirak edirlər”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitabı nəşr edilib
20.02.2020
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20.02.2020
DTX Neftçala İcra Hakimiyyətində əməliyyatla bağlı məlumat yayıb
20.02.2020
DOST könüllülüklə bağlı beynəlxalq müsabiqədə birinci oldu
20.02.2020
Ali Məhkəmənin 7 hakimi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info