XİN Azərbaycan vətəndaşlarına Çindəki vəziyyətlə bağlı xəbərdarlıq edib
Tarix: 24.01.2020 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Çin Xalq Respublikasında mövcud olan vəziyyətlə bağlı xəbərdarlıq edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilir ki, 2019-cu ilin dekabrında Çin Xalq Respublikasının Uxan şəhərində yeni növ təhlükəli virus (coronavirus 2019-nCoV) aşkarlanıb və insandan insana keçmə xüsusiyyəti olduğuna görə bu virusa yoluxan insanların sayında artım müşahidə edilib. Çin Milli Səhiyyə Komitəsinin 2020-ci il 24 yanvar tarixli məlumatına əsasən, 177 nəfərin vəziyyəti kritik olmaqla, 830 nəfər sözügedən virusa yoluxub və 25 nəfər vəfat edib. Çinin Uxan şəhərində karantin elan olunub. Dünya Səhiyyə Təşkilatı kəskin respirator xəstəliklərin yayılması riskinin azaldılması məqsədilə aşağıdakıları tövsiyə edir:

- kəskin respirator xəstəliklərdən əziyyət çəkən insanlarla yaxın təmasdan çəkinmək;

- xəstə insanlarla və ya onların mühiti ilə birbaşa təmasdan sonra əlləri yumaq;

- canlı/ölü vəhşi və ya kənd təsərrüfatı heyvanları ilə yaxın təmasdan çəkinmək;

- kəskin respirator xəstəliklər simptomu olan səyahətçilər öskürək etiketinə əməletməlidirlər (məsafə saxlanılmalı, öskürək zamanı ağzı bağlamaq və əlləri yumaq);

- yaranmış vəziyyətlə bağlı təşvişə düşməmək;

- sözügedən xəstəliklə bağlı hansısa simptomlar müşahidə edildiyi təqdirdə birbaşa müvafiq tibb müəssisəsinə müraciət etmək.

Çinə səfər etmək istəyən Azərbaycan vətəndaşlarına ehtiyatlı olmalarını, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etmələri və ölkədə mövcud olan vəziyyəti nəzərə almaları tövsiyə olunur.
Çində daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarının ölkədə elan olunmuş mövcud qaydalara əməl etmələri və yaranmış hər hansı problemlə əlaqədar yardım göstərilməsi üçün Çinin müvafiq səhiyyə qurumlarına və Azərbaycanın bu ölkənin Pekin şəhərində yerləşən səfirliyinə müraciət etmələri tövsiyə olunur.
Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilib. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımı kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyi

Ünvan: 100600, Qijayuan Diplomatic Compound, Villa B-3-3, Beijing, China

Tel: (+8610) 65 32 46 14

Faks: (+8610) 65 32 46 15

E-mail: mailbox@azerbembassy.org.cn

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Ünvan: Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 50, AZ 1009

Tel: +994 (12) 596 90 00

Faks: +994 (12) 596 90 01

E-mail: katiblik@mfa.gov.az.




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
Xaricdə yaşayan azyaşlı soydaşlarımız üçün “Azərbaycan dili” kitabı nəşr edilib
20.02.2020
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20.02.2020
DTX Neftçala İcra Hakimiyyətində əməliyyatla bağlı məlumat yayıb
20.02.2020
DOST könüllülüklə bağlı beynəlxalq müsabiqədə birinci oldu
20.02.2020
Ali Məhkəmənin 7 hakimi son yaş həddinə çatdığına görə təqaüdə göndərilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info