“Azərbaycan bu seçki ilə dünyaya bir daha demokratiya nümunəsi göstərəcək”
Tarix: 24.01.2020 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Səadət Qarayeva: “9 fevral seçkilərində soydaşlarımız layiqli, həqiqətən vətən üçün çalışan namizədlərə səs verəcək”


Fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər xaricdəki soydaşlarımızın da diqqətindədir. Rusiyada yaşayan həmyerlimiz, hüquqşünas, ictimai xadim Səadət Qarayeva seçkilərlə bağlı “Palitra”ya açıqlama verib.
O deyib ki, Azərbaycan demokratik inkişafa nail olmuş dövlətdir: “Artıq ölkəmiz böyük seçki təcrübəsinə malikdir. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanan seçki qanunvericiliyi formalaşıb. Və bunun əsasında dəfələrlə Azərbaycanda prezident, parlament və bələdiyyə seçkiləri keçirilib. Bu seçkilərin hər biri beynəlxalq və yerli müşahidəçilər tərəfindən izlənilib. Sevindirici haldır ki, müşahidəçilərin əksəriyyəti tərəfindən seçkilərə müsbət rəy verilib. Bütün bunlar Azərbaycanda seçkiöncəsi mühitin yaxşı olmasını və seçki günlərində qaydalara riayət olunmasını sübut edir”.
Səadət Qarayeva bildirib ki, bu münbit şərait 9 fevral parlamet seçkiləri öncəsi də müşahidə olunur: “Əvvəla, bu seçkidə rekord sayda namizədlər qeydə alındı. Hazırda hər bir namizəd öz təbliğat və təşviqat kampaniyasını heç bir müdaxilə olmadan apara bilir. Onu da deyim ki, xaricdə yaşasaq da, internetdən, sosial şəbəkələrdən seçki ilə bağlı prosesləri yaxından izləyirik. Ölkəmizdə yaradılan bu demokratik seçki mühiti bizi qürurlandırır”. Səadət Qarayeva gənc namizədlərin bu seçkidə üstünlük təşkil etdiyini vurğulayıb: “Hətta, xaricdə aktiv fəaliyyət göstərən gənclərimizdən də deputatlığa namizəd olanlar var. Bu da ondan irəli gəlir ki, ölkədə aparılan islahatlar harada yaşamasından asılı olmayaraq gənclərdə motivasiya yaradır. Bu da özünü parlamentin yeni heyətində gənclərin çoxluq təşkil etməsində biruzə verəcək. Ümid edirəm ki, 9 fevral seçkilərində soydaşlarımız layiqli, həqiqətən vətən üçün çalışan namizədlərə səs verəcək. Azərbaycan bu secki ilə dünyaya bir daha demokratiya nümunəsi göstərəcək”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.02.2020
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20.02.2020
Azərbaycan Antiqua və Barbudaya yardım edib
19.02.2020
Azərbaycanda parlament seçkiləri İsveçrə mətbuatında işıqlandırılıb
19.02.2020
4 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib
19.02.2020
Ermənilər atəşkəsi 21 dəfə pozublar

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info