Biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk
Tarix: 24.01.2020 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı təkcə humanitar əməkdaşlıq məsələlərini deyil, həm də iqtisadi, təhsil və elm sahələrində əlaqələri əhatə edir.
Bunu Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində deyib.
O bildirib ki, bu konfrans vacib əhəmiyyət kəsb edir:
“Qeyd etmək lazımdır ki, on il əvvəl bu cür tədbir Bakı Beynəlxalq Humanitar Forumunun başlanğıcı oldu. İndi bu forum böyük əhəmiyyət qazanıb müxtəlif ölkələrdən çoxlu sayda nümayəndələrin diqqətini cəlb edir”.

M.Şvıdkoy qeyd edib ki, Bakıda keçirilən konfrans Azərbaycanla Rusiya arasında münasibətlərin səviyyəsini və xarakterini nümayiş etdirir:

“Konfrans hər iki ölkə üçün vacibdir, çünki mədəni, iqtisadi, elmi məsələləri, əməkdaşlığın müxtəlif aspektlərini əhatə edir. Əlbəttə ki, biz Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaşımız kimi nəzərdən keçiririk. Fikrimcə, bugünkü konfrans bunu yüksək səviyyədə təsdiq edəcək. Bizim böyük planlarımız var”.

Qeyd edək ki, Bakıda Azərbaycan ilə Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı keçirilir. Üçgünlük konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və TASS informasiya agentliyinin dəstəyi ilə təşkil edilib.

Bu gün konfrans çərçivəsində “Mədəniyyətlərin dialoqu xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın və Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun moderatorluğu ilə keçirilən tədbirdə dövlət strukturlarının nümayəndələri, tanınmış mədəniyyət, təhsil və elm xadimləri, hər iki ölkədən olan jurnalistlər iştirak ediblər.

Konfrans çərçivəsində TASS informasiya agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu” kitablarının təqdimatı və digər mədəni tədbirlər nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
“Türkiyə transatlantik ailənin 68 ildir çox əhəmiyyətli üzvü olmuşdur”
17.02.2020
Azərbaycan Prezidenti dünya birliyinə işğalçının kim və həm də necə riyakar olduğunu göstərdi
17.02.2020
“Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi faktlar qarşısında aciz duruma düşdü”
16.02.2020
Paşinyan Dağlıq Qarabağla bağlı növbəti təbliğat yalanına əl atdı
16.02.2020
Dünya ictimaiyyəti bir daha Ermənistanın acizliyini, yalana əsaslanan tezislərinin darmadağın olduğunu gördü

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info