“Nəticələr məni qane etmir, edə də bilməz”
Tarix: 25.01.2020 | Saat: 00:39:00 | E-mail | Çapa göndər



"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov "Desna” (Ukrayna, 1:2) ilə yoxlama oyunundan sonra klubun rəsmi saytına müsahibə verib.
Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışını dəyərləndirən mütəxəssis fiziki hazırlıq üzrə məşqçi, yeni transfer və gənc futbolçular haqda fikirlərini bildirib, azarkeşlərlə bağlı sualı cavablandırıb.


- Təlim-məşq toplanışına yekun vuruldu. Məşqçilər korpusundakı son dəyişiklikləri nəzərə alsaq, toplanışı necə dəyərləndirirsiz? Komanda hazırlıq prosesini necə başa vurdu?
- Ümumi götürsək, komanda təlim-məşq toplanışını normal keçirdi. Məşqçi dəyişikliyindən əvvəl də futbolçular hər şeyi maksimum eləməyə çalışırdılar. Dəyişiklikdən sonra da onlara nə tapşırıq verirdimsə, hamısını ürəklə yerinə yetirirdilər. Toplanış, xüsusilə də son iki oyun bizim üçün çox faydalı oldu. Çünki güclü komandalara qarşı oynadıq. Kiyev "Dinamo”sunu təqdim etməyə ehtiyac yoxdur. "Desna”ya gəlincə, hazırda Ukrayna çempionatında 4-cü yeri tutur. Bununla belə, xarakterim elədir ki, məğlubiyyətlə heç vaxt barışmıram. Futbolçuların yaxşı və ya pis oyun göstərməsindən asılı olmayaraq, nəticə mənim üçün həmişə önəmli olub. Rəqib kim olursa-olsun, "Neftçi”də məni yalnız qələbə qane edə bilər.

- "Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Mario Fernandes Kastelyanodur. Düzdür, ispaniyalı mütəxəssis yeni gəlib. Bununla belə, onun işi ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Mario mənim üçün yeni məşqçidir. Bunadək tanımırdım. Amma əvvəllər Azərbaycanda, "Bakı” klubunda çalışan dövrdə özü haqda müsbət fikir formalaşdırıb. Artıq bir neçə gündür bizimlədir. Bacarığı, savadı və insani keyfiyyətləri haqda xoş sözlər deyə bilərəm. Üstəlik, xaraktercə mən istəyən bir insandır. Əminəm ki, bizə çox faydası dəyəcək. "Neftçi”nin uğuru üçün birlikdə çalışacağıq.

- Komandamızın yeni transferi, iranlı yarımmüdafiəçi Saman Nərimancahan haqda nə deyə bilərsiz?
- Nərimancahan hər üç yoxlama oyununda tapşırıqları maksimum yerinə yetirməyə çalışdı. Amma mən ondan daha çox şey umuram. Məsələn, bu gün Platellasa verdiyi ötürmədən hər hissədə azı bir-ikisini gözləyirəm. Oyunu üzərinə götürüb cərimə meydançasına daxil olmasını gözləyirəm. Bununla belə, komandamızda yeni olduğu üçün onu çox yükləmək də olmaz. Tez uyğunlaşması üçün necə can atdığını görürəm və bu məni sevindirir. Bilirəm ki, bu keyfiyyətdə olan futbolçu daha yaxşı oynamalıdır.

- Toplanışa əvəzedici komandadan cəlb olunmuş futbolçular barədə nə düşünürsüz? Onlardan hansı özünü daha yaxşı göstərməyi bacardı? Əvəzedicilərdən kimi əsas komandanın oyunlarında görə biləcəyik?
- Komandanı meydana baş məşqçi kimi çıxardığım son iki oyunda gənclərdən yalnız İsmayıl Zülfüqarlı ilə Turan Vəlizadəyə şans verdim. Bilirəm ki, çox potensiallı futbolçulardır. Özlərini yaxşı tərəfdən göstərdilər. İkisinə də güvənirəm. Rəsmi oyunlara əvəzedici heyətdən daha bir-iki futbolçu da dəvət edəcəyik. Məqsədimiz gənclərin bizə yalnız məşqlərdə kömək etməsi deyil. Oyunlarda da onlardan istifadə etməyə çalışacam.

- "Neftçi”sevərlər qış fasiləsindən sonra sizin rəhbərliyiniz altında "Neftçi”də hansı dəyişiklikləri görə biləcəklər?
- "Neftçi” azarkeşlərini çox gözəl anlayıram. Onlar Azərbaycanın ən çılğın fanatlarıdır. O azarkeşlər "Neftçi”dən yalnız qələbələr gözləyir ki, bu da normaldır. Çünki "Neftçi”nin azarkeşlərinə qələbə bəxş etməsi üçün hər çür şərait yaradılıb. Sınaq matçlarındakı nəticələr məni qane etmir, edə də bilməz. Biz azarkeşlərimizi yalnız və yalnız qələbələrimizlə sevindirməliyik. Əminəm ki, səylərimiz, düzgün seçimimiz, futbolçularımızın fədakarlığı və azarkeşlərimizin sonadək dəstəyi nəticəsində buna nail olacağıq.




 
Bölməyə aid digər xəbərlər
07.08.2020
Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
05.08.2020
Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
04.08.2020
“Həmsədrlərin mandatının əsasını təşkil edən məqsədlər həyata keçirilməyib”
03.08.2020
“Made in Azerbaijan” brendinin təşviqində xanımların rolunun artırılmasını düşünürük
31.07.2020
“Qarabağ münaqişəsi o vaxt bitəcək ki, Azərbaycan özününkü olanı qaytaracaq“

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
2 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
3 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
4 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
5 Turizm Agentliyi sahibkarlara müraciət edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info