Təqaüdlər haqda məlumat “Elektron hökumət” portalında
Tarix: 20.09.2013 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Vətəndaşlar bundan sonra sosial müavinət və təqaüdlər haqqında elektron xidmət vasitəsilə daha asan şəkildə ətraflı məlumat əldə edə biləcəklər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” adlı elektron xidmətini “Elektron hökumət” (“www.e-gov.az”) portalı vasitəsilə təqdim edib. Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər interaktiv xidmət növündən ödənişsiz istifadə edəcəklər. Portalda qeydiyyatdan keçmədən də ƏƏSMN-in sözügedən xidmətini seçdikdən sonra təqdim olunmuş xanalarda tələb olunan məlumatları dolduraraq elektron xidmətdən yararlanmaq mümkündür. Qeyd edək ki, sosial müavinət və təqaüd təyinatı ilə bağlı müraciət ƏƏSMN-in Dövlət Sosial Təminat Xidməti tərəfindən qəbul edilir. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə lazımi məlumatlar verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və təkrar təqdim edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir.
Təqdim edilən sənədlər Dövlət Sosial Təminat Xidməti tərəfindən qəbul edilərək xüsusi kitabda qeydə alınır və aidiyyəti şöbəyə təqdim edilir. Aidiyyəti şöbədə sənədlərə baxılır, çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə 5 gündən gec olmayaraq bu barədə yazılı məlumat verilir. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 5 gün ərzində bu barədə rəhbərliyə məlumat verilir və sənədlərin rəsmiləşdirilməsi məqsədilə rəhbərliyin (nazir müavinlərinin və aidiyyəti şöbə müdirlərinin) iştirakı ilə toplantı keçirilir. Toplantının nəticəsi protokollaşdırılır və qərara müvafiq olaraq növbəti inzibati mərhələyə keçirilir.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info