Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək
Tarix: 25.01.2020 | Saat: 14:24:00 | E-mail | Çapa göndər


2020-ci ildə 20 işgüzar tədbirin Azərbaycana cəlb olunması üçün namizədlik irəli sürüləcək.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva Sankt-Peterburqda keçirilən X Avrasiya Tədbirlər Forumunda (EFEA) çıxış edərkən bildirib.
Çıxışda, həmçinin böyükmiqyaslı beynəlxalq tədbirlərin Azərbaycan turizminin inkişafına verdiyi töhfələr, ölkəmizdə işgüzar tədbirlər sənayesinin inkişafı üçün görülən işlər və mövcud işgüzar turizm imkanları barəsində məlumat verilib.
22-24 yanvarda baş tutan tədbirdə Rusiyanın 20 bölgəsindən və 8 xarici ölkədən işgüzar tədbirlər sahəsində ixtisaslaşmış assosiasiyalar və birliklərin 500-dən çox nümayəndəsi bir araya gəlib. Forumda işgüzar tədbirlər sənayesinin müxtəlif istiqamətləri, müasir tendensiyalar, təbliğat və digər məsələlər barəsində panel müzakirələr keçirilir.
Xatırladaq ki, Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun əsas məqsədi ölkəmizin işgüzar turizm imkanlarını tanıtmaqla irimiqyaslı beynəlxalq səviyyəli tədbirlərin Azərbaycana cəlb edilməsinə nail olmaq, ölkənin işgüzar turizm nüfuzunu gücləndirməkdir.




 
Bölməyə aid digər xəbərlər
29.02.2020
Bakı kəndlərinə gedən marşrut avtobusları dezinfeksiya edilib
28.02.2020
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək
28.02.2020
Paytaxtın uşaq bağçalarına qəbulda yenilik
28.02.2020
Şamaxıda tikinti-quraşdırma işlərinin həcmi 47,1 faiz artıb
27.02.2020
Növbəti “DOST xonçası” kampaniyasına start verildi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Referendum Paşinyanın sonu ola bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info