Əliməmməd Nuriyev: “Açıq Hökumət”in əsas təşəbbüskarı kimi məhz Prezident İlham Əliyev çıxış edir”
Tarix: 20.09.2013 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


“Konstitusiya” Araşdırmalar Fondu, “Hüquq və İnkişaf” İB, “Prioritet” Sosial İqtisadi Araşdırmalar İB, “Demokratiyanı Öyrənmə” İB, “Azərbaycanda yoxsulluğun azaldılmasına kömək” İB-ni birləşdirən “Açıq hökumətin təşviqi” Koalisiyası Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində Lənkəran və Astara rayonlarında “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirib.
İctimai dinləmələrdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Xanverdi Şirinov, Lənkəran Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər. Tədbirlərdə həmçinin, ictimai fəallar, yerli QHT və KİV nümayəndələri, bələdiyyə üzvləri iştirak ediblər. İctimai dinləmələrə 300 nəfərdən çox iştirakçı qatılıb.
Tədbirlərdə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, layihə rəhbəri Əliməmməd Nuriyev mövzu ilə əlaqədar məruzə ilə çıxış edib. Ə.Nuriyev qeyd edib ki, Azərbaycan 2011-ci ildə Beynəlxalq Açıq Hökumət Təşəbbüsünə qoşulması əhaliyə elektron xidmətlərin təşkili, ictimai iştirakçılığın genişləndirilməsi, büdcə vəsaitlərinin istifadəyə ictimai nəzarətin təşkil olunmasına, vətəndaşların informasiya almaq sahəsində innovativ addımlara yol açıb.
Ə.Nuriyev qeyd edib ki, bu addımların atılması Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib. Milli Fəaliyyət Planında 9 istiqamət və 36 bənd üzrə tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu planın icrası artıq öz müsbət nəticələrini verməkdədir. Gündən-günə əhaliyə elektron xidmətlərin göstərilməsi genişlənir. “ASAN Xidmət” Mərkəzlərinin fəaliyyətə başlaması vətəndaşlar gündəlik həyatda qarşılaşdıqları bir çox bürokratik əngəlləri və narahatçılıqları aradan götürməyə imkan yaradıb.
“ASAN Xidmət” Mərkəzləri dövlət orqanları tərəfindən əhaliyə xidmətlər göstərilməsi sahəsində qabaqcıl təcrübə olaraq artıq bütün ölkə vətəndaşları tərəfindən maraqla qarşılanır, təqdir olunur.
Eyni zamanda Ə.Nuriyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vətəndaşların informasiyaya çıxış imkanlarının hüdudlarını genişləndirdiyinə xüsusilə diqqət çəkib: “Artıq informasiya-kommunikasiya texnologiyaları vətəndaşlara dövlət məmurları ilə bilavasitə təmasa girmədən xidmətlər almaq, şikayət və təkliflərini bildirməyə, məlumat almağa imkan verir. Yaxın gələcəkdə bu istiqamətdə işlər daha geniş vüsət alacaq”.
Ə.Nuriyev qeyd edib ki, “Açıq Hökumət” prinsiplərinin Azərbaycanda reallaşdırlmasının əsas təşəbbüskarı kimi məhz Prezident İlham Əliyev çıxış edir. O, dövlət başçısının çıxışlarını, müraciətlərini xatırladaraq vətəndaşların özlərini də bu istiqamətdə fəal olmağa, aparılan islahatlara dəstək verməyə çağırıb.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info