Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
Tarix: 26.01.2020 | Saat: 00:43:00 | E-mail | Çapa göndər



Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq bütün şəhid ailələrinə diqqət və qayğı göstərir, onların üzləşdikləri problemləri həll edir
.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Rustavidə şəhid Fariz Babanlının ailə üzvləri ilə görüşdə söyləyib.
Səfir ailənin qayğıları ilə maraqlanıb. Bildirib ki, bu günlərdə Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anır. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı 6 nəfər Gürcüstan vətəndaşı da şəhid olub. Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğurunda şəhid olan Gürcüstan azərbaycanlılarının sayı isə daha çoxdur. Onların ailələri də diqqətdən kənarda qalmayıb. Azərbaycan Prezidentinin tapşırığı ilə səfirlik şəhid ailələri ilə görüşür, onlara yardım göstərir.

“Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova, Ağsaqqallar Şurasının sədri İsak Novruzov, professor Mahmud Kamaloğlu Azərbaycan dövlətinin Gürcüstandakı şəhid ailələrinə göstərdiyi qayğıdan, səfirlik tərəfindən görülən işlərdən danışıblar.
Qeyd edək ki, Babanlı Fariz Şahməddin oğlu 1993-cü il yanvarın 5-də Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, Ağstafa rayonunda dəfn olunub. Şəhidin ailəsi Gürcüstanın Rustavi şəhərində yaşayır.
Şəhidin qardaşı Ramiz Babanlı göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.




 
Bölməyə aid digər xəbərlər
29.02.2020
Bakı kəndlərinə gedən marşrut avtobusları dezinfeksiya edilib
28.02.2020
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək
28.02.2020
Paytaxtın uşaq bağçalarına qəbulda yenilik
28.02.2020
Şamaxıda tikinti-quraşdırma işlərinin həcmi 47,1 faiz artıb
27.02.2020
Növbəti “DOST xonçası” kampaniyasına start verildi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Referendum Paşinyanın sonu ola bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info