YAP Binəqədi rayon təşkilatı rayon ziyalıları ilə görüş keçirdi
Tarix: 20.09.2013 | Saat: 21:30:00 | E-mail | Çapa göndər


YAP Binəqədi təşkilatı rayon ziyalıları ilə görüş keçirdi. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov, şair-publisist Taleh Həmid, rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən digər şəxslər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov qeyd etdi ki, bu gün ölkəmiz mühüm bir siyasi proses-prezident seçkiləri çərçivəsində təbliğat-təşviqat kampaniyası davam edir. Prezidentliyə namizədlər öz təbliğatlarını aparırlar. Təbliğat kampaniyasının aparılması ilə əlaqədar olaraq Binəqədi rayonunda da seçicilərlə görüşlər keçirilir. Bu gün ölkədə davam edən quruculuq işləri həmçinin Binəqədi rayonunda da aparılır. Son 10 ildə Prezident İlham Əliyev Binəqədi rayonuna 30 səfər edib və hər bir səfər müxtəlif təhsil, səhiyyə, sosial obyektlərin əsasının qoyulması və ya açılışı ilə bağlı olub. Rayon ərazisində böyük komplekslər-Bakı Tennis Akademiysası, Avtovağzal kompleksi, metro stansiyaları tikilib istifadəyə verilib. Sürətli inkişaf bu gün Binəqədi rayonunda özünü tam şəkildə göstərir. Ramiz Göyüşov ziyalıları gənclərlə işləməyə, seçkidə aktiv olmağa və YAP-ın namizədi İlham Əliyevə səs verməyə çağırdı. Sonra çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov bildridi ki, bu gün ölkəmiz sürətlə inkişaf edir, nəhəng enerji layihələri reallaşır. Ölkənin hər yerində abadlıq işləri həyata keçirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu siyasət nəticəsidə ölkəmiz regionda söz sahibinə çevrilib, ərzaq, enerji təhlükəsizliyi kimi mühüm məsələlər həll edilib, gənclərin hərtərəfli inkişafı, xaricdə təhsili üçün geniş imkanlar açılıb. O qeyd etdi ki, ümummilli liderin xilas etdiyi Azərbaycan İlham Əliyevin dövründə öz müstəqilliyini daha da möhkəmləndirdi. Çıxışında Binəqədi ziyalılarının rayonun həyatında mühüm rol oynadığını bildirən Eldar İbrahimov qeyd etdi ki, bizim devizimiz “İlhamla İrəli”dir və bu yolda biz irəliyə doğru addımlayacağıq. Sonra tədbirdə çıxış edən şair-publisist Taleh Həmid gənclərə olan qayğıdan danışdı və qeyd etdi ki, bu gün ölkədə düzgün sosial siyasət aparılır. O qeyd etdi ki, İlham Əliyevin apardığı siyasətin nəticəsidir ki, ölkədə ədəbiyyat və incəsənət inkişaf edir. Sonra tədbirdə çıxış edən Binəqədi ziyalıları İlham Əliyevin heç bir alternativinin olmadığını və seçkilərdə birmənalı olaraq YAP-ın namizədinə səs verəcəklərini bildirdilər. Onlar qeyd etdilər ki, İlham Əliyevə verilən səslər Azərbaycanın müstəqilliyinə, inkişafına və demokratikləşməsinə verilən səslərdir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info