Milli mətbəx nümunələrimizdən fəsəlinin hazırlanma qaydası
Tarix: 26.01.2020 | Saat: 15:48:00 | E-mail | Çapa göndər




“Bizim gəlinlərin bayram qabağı
Fəsəli yaymağı yadıma düşdü”

– Səməd Vurğunun qələmə aldığı bu misralardan da məlum olduğu kimi, fəsəli əsasən bayramqabağı bişirilir. Amma onu təkcə bayramlarda deyil, toylarda və el şənliklərində də hazırlayırlar. Qərb bölgəsində fəsəli, eyni zamanda, ən sevilən şirniyyat növlərindən sayılır.
AZƏRTAC xəbər verir ki, bu gün elə də kütləvi bişirilməyən fəsəlini bir çox bölgələrdə, xüsusilə də kəndlərimizdə ağbirçək nənələrimiz, zəhmətkeş analarımız unutmağa qoymur, qız gəlinlərə öyrədirlər.
“Fəsəli sac üstündə bişirilir. Hazırlanması isə diqqət və təmkin tələb edir. Fəsəlini köhnə üsulla bişiririk. Xəmiri yoğurub əvvəlcə fətir edirik. Qonum-qonşular yığılır, hamımız bir yerdə hazırlayırıq”, – deyə Ağstafanın Dağkəsəmən kəndinin uzun illərdir fəsəli bişirən sakini Elmira Quşçiyeva bildirir.
Milli mətbəx nümunələrimizdən olan fəsəlinin hazırlanma qaydasından danışan Elmira Quşçiyeva deyir ki, əvvəlcə xəmir yoğurulur, sonra isə kündələr yuxa halına salınır. Lakin onu yuxadan fərqli edən yağlı olmasıdır. Bir neçə, 4-5 yuxa üst-üstə qoyulur və yağlandıqdan sonra yenidən yuxa halına salınır. Nehrə yağı ilə daha dadlı olan fəsəlinin hazırlanmasına yarım kiloqramdan çox yağ sərf edilir.
Fəsəli yuxasının bir üzü yağlanır. Sonra yağlı tərəfi içəri olmaqla qatlanır. Xəmirin bir ucundan tutub içəriyə doğru bükürlər. Alınmış yağlı xəmiri əl ilə yoğurduqdan sonra oxlovla diametri 15-16 santimetr ölçüdə yayırlar. Sonra oxlovla üzərində deşiklər açılır, içində yağ qaynayan tavaya salıb hər iki tərəfini qızardırlar. Qızarıb bişmiş fəsəlinin üstünə isti-isti şəkər tozu səpərək üst-üstə yığırlar. Fəsəli həm isti, həm də soyuq yeyilir. İstəyə görə çay, qəhvə və kakao ilə yeyilə bilər.




 
Bölməyə aid digər xəbərlər
26.05.2020
Qasımbəy yeməyi -VIDEO
20.05.2020
Qiyməli pendirli yemək resepti -VİDEO
15.05.2020
Qabırğa dolması
11.05.2020
Sarayın ləzzətləri: Yumurtalı çiy küftə
03.05.2020
“Lebeniye çorbası“

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
3 Dövlət Komitəsi: Oğuzda 12 yaşlı uşağın vəfatı ilə nəticələnən hadisə nəzarətdədir
4 Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində regionlarda başçəkmələr həyata keçirilib
5 İspaniya turizm mövsümünün bərpa tarixini açıqlayıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info