Britaniyalı deputat: “Qərb Azərbaycana minnətdar olmalıdır”
Tarix: 20.09.2013 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Devid Deyvis: “Hazırda İSAF missiyasının təchizatının 40 faizi Azərbaycanın quru və hava məkanından keçməklə Əfqanıstana daşınır”

“Əfqanıstandakı İSAF qüvvələrinin tərkibində xidmət edən Azərbaycan hərbçilərinə və NATO qoşunlarının mütəmadi dəstəklənməsində Qərb Azərbaycana minnətdarlıq etməlidir”. Avropa Azərbaycan Cəmiyyətindən (AAC) verilən məlumata görə, Böyük Britaniyanın Avropa Şurasındakı deputatı, Mühafizəkarlar Partiyasının üzvü, şurada Uels Məsələləri üzrə Komitənin sədri Devid Deyvis bunu AAC-ın Azərbaycanın terrorizimlə mübarizəyə qarşı beynəlxalq koalisiyada iştirakına dair suallarını cavablandırarkən deyib. D. Deyvis bildirib ki, son illər ərzində Azərbaycan Kosovo, İraq və Əfqanıstandakı sülhməramlı missiyalarda fəal iştirak edib: “Hazırda İSAF missiyasının təchizatının 40 faizi Azərbaycanın quru və hava məkanından keçməklə Əfqanıstana daşınır. Gələn il NATO öz qoşunlarını Əfqanıstan ərazisindən çıxarmağa başlayanda “hava körpüsü” məsələsi daha da aktuallaşacaq. Böyük ehtimalla, ağır texnika da Azərbaycan ərazisindən keçəcək. Qazaxıstan vasitəsilə daşınan yük sonradan Xəzər dənizi vasitəsilə göndəriləcək. Həmin yükün NATO-nun Türkiyədəki bazasına çatdırılması isə Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsi ilə təmin olunacaq”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info