Səhiyyə naziri koronavirusa qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı əmr imzalayıb
Tarix: 28.01.2020 | Saat: 12:59:00 | E-mail | Çapa göndər





Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev “Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə imzalanıb. Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadəsinin təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb. Eyni zamanda, əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb. Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Yuhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni 2019-nCoV koronavirusu aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb. 2020-ci ilin yanvar ayında xəstəliyin Çində alovlanması və artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də yayılması halı davam edir.




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
“Xocalı soyqırımı dünya tarixinin utancverici səhifəsidir...”
24.02.2020
AHİK-də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
24.02.2020
Nizami, Xətai və Binəqədi rayonlarında mənzillərin səyyar qeydiyyatı xidməti göstəriləcək
21.02.2020
DTX Neftçala rayonunda vəzifəli şəxslərlə bağlı keçirilən əməliyyat barədə məlumat yayıb
21.02.2020
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info