İran və ABŞ prezidentləri görüşə bilər
Tarix: 21.09.2013 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


İran və ABŞ prezidentləri arasında görüşmə ehtimalı var. Bunu Ağ Evin sözçüsü Cey Karni bildirib.
Onun sözlərinə görə, tərəflər arasında belə bir görüş gələn həftə Nyu-York şəhərində keçirilməsi planlaşdırılan BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində baş tuta bilər: “Ancaq bir şərtlə ki, İran nüvə proqramını dayandırmaq məsələsində ciddi addımlar atsın”. C.Karni Həsən Ruhaninin hakimiyyət başına gələndən sonra İranla Qərb arasında müsbət dəyişiklik baş verdiyini təsdiqləyib: “Ona görə də Barak Obamanın iranlı həmkarı ilə görüşmək ehtimalı var. Ancaq belə bir görüş proqramda yoxdur. Belə bir görüş mümkündür və həmişə gerçəkləşməsi ehtimalı var. ABŞ prezidenti iranlı həmkarının andiçmə mərasimi zamanı bunun üçün əlini uzadıb”. Ağ Evin sözçüsü H.Ruhaninin ABŞ-ın “NBC” telekanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlərdə müsbət yanaşma nəzərə çarpdığını vurğulasa da, sözlərdən daha çox əməli addımlar atılmasının vacibliyini söyləyib. C.Karni bildirib ki, B.Obama İranla ikitərəfli müzakirələr aparmaq istəyir: “Ancaq bir şərtlə ki, rəsmi Tehran nüvə proqramının hərbi məqsədli olub-olmaması ilə bağlı dünya ictimaiyyətinin suallarına cavab vermək məsələsində ciddi addım atmalıdır. Bu bizim mövqeyimizdir. Heç bir şübhə yoxdur ki, İranın yeni hökuməti məsələlərdə fərqli bir yanaşma qəbul edib. Əslində bəzi addımların atılması yeni bir yanaşmanın təqdim edildiyini göstərir”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info