Fransa Suriya azadlıq ordusunu silahlandıracaq
Tarix: 21.09.2013 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Silahlılar kimyəvi silahı Liviyadan Qəddafi rejimi devrildikdən sonra əldə ediblər

Fransa Bəşər Əsəd rejiminə qaşı vuruşan Suriya azadlıq ordusunu silahlandıracaq. Belə bir bəyanatla Malinin yeni prezidenti seçilən İbrahim Bubakar Keytin andiçmə mərasimi ilə əlaqədar bu ölkədə səfərdə olan Fransa prezidenti Fransua Olland çıxış edib.
Prezident həmin silahlara ciddi nəzarət olunacağını bildirib. Fransua Olland Rusiyanın Bəşər Əsəd rejiminin hərbi qüvvələrini mütəmadi olaraq müasir silahlarla təchiz etməsinə cavab olaraq Fransanın da radikal islamçıların əlinə keçməmək şərti ilə Suriya azadlıq ordusunu silahlandıracağını diqqətə çatdırıb.
Suriya hökumətinə qarşı vuruşan silahlılar kimyəvi silahı Liviyadan Müəmmar Qəzzafi rejiminin 2011-ci ildə devrilməsindən sonra əldə ediblər. “İTAR-TASS”ın xəbərinə görə, belə bəyanatla Suriyanın baş nazirinin müavini Qədri Cəmil Böyük Britaniyanın “Qradian” qəzetinə müsahibəsində çıxış edib. Cəmilin sözlərinə görə, BMT-nin bazar ertəsi Dəməşq ətrafında avqustun 21-də kimyəvi silahın istifadəsi barədə təqdim etdiyi hesabat heç də tam obyektiv olmayıb. Suriyanın baş nazirinin müavini qeyd edib ki, BMT müfəttişlərinin qənaətinə görə, tərkibində zarin qazı olan raketlər əslində SSRİ istehsalı olub. Onun sözlərinə görə, bu raketlər SSRİ-dən 1970-ci ildən ixrac edilib: “Onlar Qəzzafinin dövründə kimyəvi maddələrlə doldurulub və onun rejimi devrildikdən sonra Suriyadakı silahlılara ixrac edilib”. Qeyd edək ki, sentyabrın 18-də Kreml administrasiyasının rəhbəri Sergey İvanov bəyan edib ki, Sovet İttifaqı heç vaxt Suriyaya və hər hansı digər ölkəyə zarin qazı ilə doldurulmuş raket başlıqları ixrac etməyib. Bu arada məlum olub ki, Almaniya 2002-2006-cı illərdə Suriyaya kimyəvi silahın istehsalında istifadə edilən maddələr ixrac edib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info