“Milli şura”nın irəli sürdüyü namizədin dedikləri cəfəngiyyatdan ibarətdir”
Tarix: 21.09.2013 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Telman Haqverdiyev:
“Cəmil Həsənli qarayaxma ilə məşğuldur”

“Milli şura”nın iç üzü prezident seçkilərində təbliğat kampaniyasına start veriləndən sonra daha aydın üzə çıxdı. Belə ki, qurumun namizədi Cəmil Həsənlinin efir vaxtı çıxışlarından da hər şey bəlli oldu. Bəlli oldu ki, “milli şura” və ümumiyyətlə, radikal müxalifət iqtidar namizədinə alternativ və səviyyəli namizədlə təmsil olunmaqdan çox-çox uzaqdır.
Onlar bu təbliğat kampaniyasında hansı səviyyədə olduqlarını bir daha ortaya qoymuş oldular. Bu barədə bizə fikirlərini bildirən ictimaiyyət nümayəndələri və ziyalılar da eyni cür düşünür.
“Palitra”ya bu barədə fikirlərini bildirən fəlsəfə doktoru Telman Haqverdiyev belə qeyd etdi: “Milli şura” deyilən bir qurumun şou xarakteri daşıdığı çox tez bir zamanda aydın oldu. Rüstəm İbrahimbəyov növbəti əsərinin süjet xəttini yaratmaq üçün özlərini müxalifət adlandıran partiyaların saqqallı “uşaq”larını xeyli əyləndirdi. Hətta bu əyləncənin kuliminasiya hissəsində Gürcüstan səfəri də təşkil olundu. Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini irəli sürmək üçün Azərbaycana gələ bilməyəcəyini eşitdikdə isə yedikləri çıxanbili burunlarından gəldi. Biabır olmamaq üçün prezientliyə yeni vahid namizəd axtarışına başladılar. Nəhayət ki, Milli Məclisin üzvü olarkən hakimiyyətin başında olanların ünvanına kifayət qədər xoş sözlər söyləyən, növbəti mərhələdə isə Milli Məclisin üzvlüyünə seçilə bilmədiyi üçün mövqeyini dəyişən Cəmil Həsənlini tapdılar. Deməli, namizəd qıtlığında əlacsız qalan “milli şura” prezidentlik iddiası üçün yox, qarayaxmalar söyləmək üçün axır ki, Cəmil Həsənlinin üzərində dayandılar. Təbliğat kampaniyasına qoşulan Cəmil Həsənli isə televiziyada ona ayrılmış vaxtda şounun birinci seriyasını nümayiş etdirdi. İkinci dəfə isə o, nalayiq fikir və leksikondan istifadə etməklə, digər namizədlərin ünvanına təhqiramiz və qəbuledilməz ifadələr söyləməklə, öz səviyyəsini nümayiş etdirmiş oldu. Bununla tamaşaçılar, Azərbaycan seçiciləri onun kim olduğunu əyani şəkildə izləyə bildilər. Bundan fərqli olaraq bütün Azərbaycan xalqının vahid namizədi olan İlham Əliyevin on il ərzində ölkənin bütün sahələrində həyata keçirdiyi quruculuq işləri əyani olaraq onun təbliğatı üçün kifayətdir. Xalqın etimadını qazanmış bu böyük şəxsiyyəti təbliğ etməyə heç bir ehtiyac yoxdur. “Milli şura”nın irəli sürdüyü namizədin dedikləri isə sadəcə olaraq cəfəngiyyatdan ibarətdir”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info