“Qrip xəstəliyini törədən bir çox viruslar mövcuddur”
Tarix: 29.01.2020 | Saat: 11:33:00 | E-mail | Çapa göndər


Telman Aytayev: “Hava-damcı yolu ilə ötürülən virus qripin müalicəsi gecikdirildikdə ağciyərdə pnevmoniya, bronxiolit və qulaqlarda otit kimi qripin ən çox rast gəlinən fəsadlarını yarada bilər”

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, uzman pediatr-neonatoloq Telman Aytayev “Həkim məsləhəti” rubrikasında yoluxucu qrip-influenza viral infeksiyası ilə bağlı sualımızı cavablandırıb. Qış aylarının başlaması ilə uşaqların qrip xəstəliyinə tutulması halları da çoxalır. Uşaqlarda qrip xəstəliyi isə bəzən ağır fəsadlarla nəticələnə bilir.
- Yoluxucu qrip infeksiyası uşaqlarda hansı əlamətlərlə müşahidə olunur və hansı fəsadları yaradır?

- Qrip xəstəliyini törədən bir çox viruslar var. Lakin, onların içində uşaqlarda daha çox fəsad yaradan influenza virusudur. Bu virus anidən başlayan 39 dərəcəni keçən qızdırma, halsızlıq, şiddətli əzələ və oynaq ağrıları, iştahasızlıq, titrəmə, baş ağrısı, öskürək kimi əlamətlərlə müşahidə olunur. Hava-damcı yolu ilə ötürülən virus qripin müalicəsi gecikdirildikdə ağciyərdə pnevmoniya, bronxiolit və qulaqlarda otit kimi qripin ən çox rast gəlinən fəsadlarını yarada bilər. Ən riskli qrup isə həyatının ilk 3 ayını yaşayan körpələrdir.

- Profilaktika üçün hansı tədbirləri etmək lazımdır?

- Qrip epidemiyaları zamanı insanların yoluxmasının qarşısını almaq üçün vaksinasiya ən səmərəli üsullardan biridir. Qrip əleyhinə vurulmuş “Vaxigrip” peyvəndi qrip virusuna qarşı orqanizmin immunitetini artırır və onların sağlamlığının qorunmasına yardım edir. Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın "Sanofi Pasteur" şirkətinin istehsalı olan “Vaxigrip” peyvəndi tətbiq edilir. Vaksinasiya adətən dekabr ayına qədər tətbiq olunur. Lakin hər hansı səbəbdən peyvənd edilməyibsə, epidemiyanın qızğın çağında vaksinasiya etmək olar ki, bu da ağır qrip riskini azaltmağa kömək edir.Virusa qarşı anticisimlər vaksinasiyadan 10-15 gün sonra yaranaraq ən azı 1 il ərzində orqanizmdə qalır və insan orqanizmi bu xəstəlikdən qoruyur.

Tural




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
25.03.2020
Dünyanın məşhur sənaye istehsalçısı Azərbaycan bazarına daxil olacaq
24.03.2020
Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info