“Mən övladımın etibarlı gələcəyinə səs verirəm” mövzusunda tədbir
Tarix: 23.09.2013 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


YAP Binəqədi rayon təşkilatında prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində 9 oktyabr – “Mən övladımın etibarlı gələcəyinə səs verirəm” mövzusunda qadın seçicilərlə görüş baş tutdu. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, millət vəkili Sevinc Hüseynova, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, YAP Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova, YAP Yasamal rayon Qadınlar Şurasının sədri Tamilla Şahbazova, YAP GB-nin sədr müavinləri Samirə Quliyeva, Aytac Əliyeva, Prezident yanında Gənclər Fondunun əməkdaşı Vüsalə Niftəliyeva, Binəqədi rayonunda fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələrinin əməkdaşları və digər qonaqlar iştirak etdilər. Tədbiri moderator qismində aparan YAP Binəqədi rayon Gənclər Birliyinin sədr müavini Kübra Əliyarlı qonaqları təqdim etdi və tədbiri açıq elan etdi. O, qeyd etdi ki, bütün dövrlərdə və dünyanın hər yerində qadına münasibət məsələsi hər zaman gündəmdə olub. Bu baxımdan, qadınların cəmiyyətdəki yerinin və rolunun artırılması istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Ümummilli lider Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dövründə Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırıb. Sonra tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov keçirilən tədbirin əhəmiyyətli olduğunu bildirdi. O qarşıdan 9 oktyabr prezident seçkilərinin gəldiyini və hazırda YAP-ın namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının uğurla getdiyini bildirdi. Təbliğat kampaniyası çərçivəsində müxtəlif görüşlərin keçirildiyini qeyd edən Ramiz Göyüşov bu tədbirin də məhz zərif cinsin nümayəndələri ilə keçirildiyini və Binəqədi rayonunda çalışan qadınların rayonun ictimai-siyasi həyatında mühüm rol oynadıqlarını qeyd etdi. Sonra o hər kəsi qarşıdan gələn 9 oktyabr prezident seçkilərində İlham Əlieyevə səs verməyə çağırdı. Sonra “Təhsil sahəsində qazanılan uğurlar, gələcək perspektivlər” mövzusunda Binəqədi rayonu 248 saylı məktəbin müəlliməsi, fəlsəfə elmləri doktoru Gülarə Hüseynova çıxış etdi. Öz çıxışında təhsil sahəsində qazanılmış uğurları qeyd edən Gülarə Hüseynova təhsilə böyük diqqətin göstərildiyini bildirdi. O, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə 5 yeni ali məktəbin açıldığını, həmin dövrdə Azərbaycanlı tələbələrin ittifaqın ən nüfuzlu universietlərinə göndərildiyini vurğuladı. Həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, təhsilə dövlət qayğısı göstərildiyini, gənclərin dünyanın ən nüfuzlu universitetlərinə göndərildiyini, neft kapitalının insan kapitalına çevrilməsi üçün kompleks işlərin görüldüyünü bildirdi. O, qeyd etdi ki, təhsilə qayğıda Heydər Əliyev Fondu və bu fondun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. Sonra tədbirdə çıxış edən millət vəkili Sevinc Hüseynova bildiridi ki, tədbirin şüarı olan 9 oktyabr –“Mən övladımın etibarlı gələcəyinə səs verirəm” şüarı doğurdan da düzgün seçilib. Bu gün Azərbaycanda aparılan gənclər, qadınlar siyasəti öz bəhrəsini verməkdədir. Bu gün Azərbaycan cəmiyyətinin yarısını zərif cinsin nümayəndələri, üçdə bir hisəsisini isə gənclər təşkil edir. Azərbaycan gəncliyi dövlətin diqqətini daima hiss edir. Ölkədə son on ildə əhəmiyyətli işlərin görüldüyünü qeyd edən Sevinc Hüseynova Azərbaycanın günü-gündən inkişaf etdiyini bildirdi və tədbir iştirakçlarını İlham Əliyev tərəfindən aparılan düzgün, məqsədyönlü siyasətə dəstək verməyə çağırdı. Sonra tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın regionda lider dövlətə çevrildiyini qeyd etdi. O bildirdi ki, İlham Əliyev tərəfindən cəmiyyətin bütün sahələrinin inkişafı üçün işlər görülür, müxtəlif dövlət proqramları qəbul edilərək uğurla icra olunur və bu gün aparılan qadın siyasəti, gənclər siyasəti haqqında sonsuz danışmaq olar. Ölkənin İlham Əliyev tərəfindən inamla idarə edildiyini qeyd edən millət vəkili hər kəsi seçkilərdə fəal olmağa və İlham Əliyevə səs verməyə səslədi. Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva çıxış edərək bildirdi ki, ümumilli lider Heydər Əliyev Azərbaycanı çətin dövrdə xilas etdi. O Azərbaycanı müstəqil bir dövlətə çeviridi. Ümumilli liderin yolunun davamçısı olan İlham Əliyev düzgün siyasət nəticəsində hər bir sahədə uğurlara imza atdı. O bildirdi ki, çətin regionda yerləşən Azərbaycanın prezidenti olmaq hər kəsin işi deyil. İlham Əliyev Azərbaycanı qabaqcıl 50 dövlətdən biri edib, BMT Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvündən birinə çevirib. Yoxsulluğun və işsizliyin səviyyəsini dəfələrlə azaldıb. Zərifə Quliyeva qeyd etdi ki, bu gün hər bir ailə əgər özünün və övladının uğurlu, etibarlı gələcəyini istəyirsə İlham Əliyevə səs verməlidir. Sonra tədbirdə “Ölkəmizdə aparılan gender siyasəti” mövzusunda çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva bildirdi ki, Azərbaycan müstəqillik qazandıqda sonra, xüsusilə də 1994-cü ildən başlayaraq ölkədə stabillik bərqərar oldu. Ölkəmiz BMT-nin “Qadınlara qarşı ayrlı-seçkiliyin bütün formalarının ləğv edilməsi” haqda Konvensiyaya qoşuldu. Ökədə gender siyasəti aparıldı. Sevindirici haldır ki, möhkəm özüllər üzərində qrulan gender siyasəti ölkə Prezidenti, partiyamızın sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün aparılan uğurlu gender siyasəti nəticəsində Azərbaycan qadını ictimai həyatın bütün sahələrində fəallıq göstərir. İlk baxışdan qadınların az təmsil olunduğu düşünülən Daxili İşlər Nazirliyi strukturunda 600 nəfərdən artıq qadın çalışır. Səhiyyə sektorunun 78.6 faizi, təhsil sektorunun 71 faizində, mədəniyyət sektorunun 75 faizində qadınlar təmsil olunur. Sonra tədbirdə çıxış edən digər natiqlər mövzu ilə bağlı öz fikirlərini bildridilər və 9 oktyabrda hər kəsi İlham Əliyevə səs verməyə çağırdılar.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info