Li Yi Şyan: “Azərbaycanda sıçrayışlı inkişafın əyani şahidiyəm”
Tarix: 23.09.2013 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Mərkəzi Bankın sədri Elman Rüstəmov Sinqapurun ticarət, sənaye və milli inkişaf üzrə dövlət naziri Li Yi Şyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. E.Rüstəmov nümayəndə heyətinə Azərbaycanın keçdiyi inkişaf yolu, müstəqilliyyin ilk illərindəki çağırışlar və hökumətin uğurlu inkişaf strategiyası barədə ətraflı məlumat verib. O, ölkələrimiz arasında iqtisadi islahatların aparılması üzrə oxşarlıqlara nəzər yetirərək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında Sinqapur inkişaf modelində prioritetlərdən olmuş strateji hədəflər üzrə oxşarlıqları xüsusilə qeyd edib. Görüş əsnasında həmçinin qonaqlara Azərbaycanın pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi və iqtisadi diversifikasiyanın dəstəklənməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Daha sonra dövlət naziri Li Yi Şyan Azərbaycana səfəri zamanı ölkədəki sıçrayışlı inkişafın əyani şahidi olduğundan məmnun olduğunu vurğulayıb. O, Azərbaycanda iqtisadiyyatın şaxələnməsi, biznesin inkişafı və makroiqtisadi sabitliyə yönəlmiş uğurlu inkişaf strategiyasını yüksək qiymətləndirərək ölkəmizə dərin marağının olduğunu bildirib. Azərbaycanın hazırki inkişaf mərhələsində Sinqapurla bir sıra eyni çağırışlarla üzləşdiyini qeyd edən cənab nazir, qlobal maliyyə sisteminə inteqrasiyanın vacibliyini vurğulayaraq, qlobal böhran şəraitində ölkəmizin kiçik yerli bazarının xarici şoklardan qorunmasının əhəmiyyətini xüsusilə qeyd edib və Azərbaycanda həyata keçirilmiş anti-krizis tədbirlərini alqışlayıb.
Görüşdə həmçinin ölkələr arasında geniş əməkdaşlıq potensialının mövcudluğu qeyd edilib və gələcəkdə ikitərəfli əlaqələrin daha da genişlənməsi və dərinləşməsi üçün səylərin göstəriləcəyi xüsusilə vurğulanıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info