“ Azərbaycanın uğurları diasporu daha əzmlə çalışmağa vadar edir”
Tarix: 23.09.2013 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Bu gün dünyanın hər yerində azərbaycanlı tələbələrə rast gəlmək mümkündür. Hətta Azərbaycanın səfirliyinin, konsulluğunun olmadığı ölkələrdə belə, azərbaycanlı tələbələr təhsil alır, vətənimizi təbliğ edir və tanıdırlar.
Azərbaycan deyəndə zəngin mədəniyyətə, tarixə, milli, mədəni adət-ənənələrə malik ölkə yada düşür. Zəngin təbiəti ilə yanaşı, günbəgün inkişaf edən, beynəlxalq konfransların, simpoziumların keçirildiyi, beynəlxalq yarışlara, müsabiqələrə ev sahibliyi edən, aparılan sosial layihələrlə diqqəti cəlb edən ölkə kimi tanınır. Azərbaycan haqqinda belə xoş imicin formalaşmasında şübhəsiz ki, xaricdəki diaspor təşkilatlarımızın və könüllü şəkildə diaspor fəaliyyətini öz üzərinə götürmüş tələbələrimizin rolu böyükdür. İstər öz hesabına, istərsə də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssələrində təhsil alan tələbələr peşəkar kadr kimi yetişməklə yanaşı, həm də ölkəmizi xaricdə təbliğ edirlər. Ölkəmizlə bağlı həqiqətləri, Qarabağ problemini, Xocalı soyqırımını dünyanın diqqətinə çatdırmaq üçün çalışırlar.
Çox şadam ki, bu gün bu gənc kadrlar axını arasındayam və vətənimi xaricdə layiqincə təmsil edirəm. Vətəndən uzaqda ölkəmizin sosial, iqtisadi cəhətdən dinamik inkişafını, gənclərə göstərilən dövlət qayğısını görmək, xarici tələbə yoldaşlarımızla birgə ilk peykimizin fəzaya buraxılmasını, Azərbaycanda keçirilən beynəlxalq yarışları, müsabiqələri izləmək bizi daha da ruhlandırır və daha əzmlə çalışmaq hissi yaradır.
Heç şübhəsiz ölkəmizin belə hərtərəfli dinamik inkişafının, gənclərə, elmə, sənətə göstərilən diqqət və qayğının, vətənimizin dünya birliyində öz layiqli yerini tutmasının arxasında bir insan dayanır. Bu insan cənab Prezidentimizdir. Həyata keçirdiyi uzaqgörən siyasətlə Azərbaycanın modern imicini formalaşdıran və bunu bütün dünyaya göstərən, hər addımıyla biz gənclərə dayaq olan, gənclər siyasətini formalaşdıran hümanist insan!
Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, ölkəmizdə hər sahədə uğurlu islahatlar aparılır. Bağlanan nəhəng neft, qaz müqavilələri ilə bu gün Azərbaycan Avropanın qaz təlabatını ödəməkdə böyük rol oynayır. Ölkəmiz TANAP və TAP kimi nəhəng təbii qaz müqavilələri ilə Türkiyəni və Avropanı təbii qazla təmin etməyə hazırlaşır.
Son illərdə Prezidentin təşəbbüsü ilə Azərbaycanda yaradılmış bir neçə qurumun adını xüsusi xatırlatmaq istəyirəm. Bunlardan biri Prezident yanında Strateji Araşdırmalar Mərkəzidir. Mərkəz dövlət əhəmiyyətli strateji araşdırmaların aparılması, idarəetmə prosesinin təkmilləşdirilməsinə dair proqnozların verilməsi, cəmiyyətdaxili sosial-siyasi vəziyyətin təhlil olunması, sosioloji sorğuların keçirilməsi və respublikanın müvafiq qurumları tərəfindən aparılan strateji xarakterli tədqiqatların əlaqələndirilməsi, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiya qarşıdurmasında Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində proqramlar həyata keçirir.
2009-cu ildən əsası qoyulan Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondu elmin təbliğinə, elm adamlarına, ixtiralara dəstək vermək üçün yaradılmış bir qurumdur. Fondun həyata keçirdyi musabiqələr, qrant layihələri, xaricdə keçirilən seminarlarda, simpoziumlarda, konfranslarda Azərbaycan alimlərinin, xüsusilə gənc tədqiqatçıların iştirakına dəstək olunmasına, ölkəmiz üçün faydalı olacaq layihələrin dəstəklənməsinə yönəlib.
Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondu sahibkarlara güzəştli kreditlər verərək, ölkəmizdə sahibkarlar üçün geniş imkanlar açır, sahibkarlığın inkişafına kömək göstərir.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Prezidentin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə təsis olunub. Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edən qurumdur. Fondun əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirlərin təşkili üzrə layihələri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə və müasir tələblərə uyğunlaşdırılmasına yardım etməkdir.
“ASAN xidmət” mərkəzləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradıllb və dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumdur. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub.
Yuxarıda sadalananlar Azərbaycanın inkişafı, xalqın rifahı naminə son on illikdə müxtəlif sahələrdə görülmüş işlərin, aparılan islahatların, ugurlu siyasətin bəzi nümünələridir.
Aparılan bütün bu islahatlar ulu öndərin söylədiyi “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” prinsipindən yola çıxaraq, son on illikdə ölkəmizdə böyük işlərin görüldüyünün, neft kapitalının insan kapitalına çevrilməsi üçün çalışıldığının, elmə, sənətə, təhsilə göstərilən dövlət qayğısının, dövlətin xalqın sosial, iqtisadi rifahına yönəlmiş siyasətinin bariz nümunəsidir.

Sara Əliyeva
Ankara Universitetinin magistrantı




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info