Anastasiya Lavrina: Şəffaf mühitdə keçiriləcək seçkilər Azərbaycanın demokratik inkişafına əlavə təkan verəcək
Tarix: 31.01.2020 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Siyasi icmalçı, Azərbaycandakı Rus icmasının sədr müavini Anastasiya Lavrina Secki-2020.az saytına müsahibəsində fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıq prosesini, seçki mühitini, ölkəmizin bu sahədəki təcrübəsini dəyərləndirib.

- Fevralın 9-da Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Siz seçkilərə hazırlıq prosesini, ölkəmizdəki seçki mühitini necə qiymətləndirirsiniz?

- Azərbaycanda aparılan islahatlar, gənc, savadlı kadrların yüksək vəzifələrə təyin olunması, həmçinin parlamentin buraxılması gənclərin öz potensiallarını göstərə bilmələri üçün əlverişli imkan yaradır. Bu, mühüm amildir. Hazırda seçkilərə çoxlu sayda namizədin qatıldığını görürük. Təbliğat-təşviqat kampaniyası da səmərəli şəkildə aparılır. Seçicilər kimin nəyi, hansı yenilikləri, bölgələrin inkişafı üçün hansı ideyaları təklif etdiyini görməlidir. Əlbəttə ki, bu seçicinin öz namizədini seçməsi üçün vacibdir. Hesab edirəm ki, təbliğat-təşviqat kampaniyası dövründə canlı ünsiyyət zəruridir. Doğrudur, bəzi qeyri-fəal namizədlər də var. Onlar öz təbliğatlarını seçicilərlə canlı ünsiyyətdən daha çox internet üzərindən qurmağa üstünlük verirlər. Ümumilikdə isə maraqlı və sağlam rəqabət üzərində qurulan mübarizəni müşahidə edirik.

- Necə düşünürsünüz, Azərbaycanın mövcud seçki qanunvericiliyi və ölkəmizin seçki təcrübəsi fevralın 9-da keçiriləcək seçkilərin demokratik və şəffaf şəkildə baş tutmasına zəmin yaradırmı?

- İlk növbədə, qeyd etmək lazımdır ki, müstəqillik illərində keçirilən seçkilər Azərbaycana böyük təcrübə qazandırıb. Hər dəfə keçirilən seçkilər əvvəlkilərdən daha peşəkarlıqla keçirilir. Bunu seçkiləri izləyən beynəlxalq missiyalar da öz hesabatlarında bildirirlər. Bu seçkilərdə də Azərbaycana çoxlu sayda beynəlxalq müşahidəçi gələcək. Bu, əslində ölkədə demokratiyanın möhkəmlənməsi, eləcə də insan haqlarının qorunması istiqamətində əldə olunan nailiyyətləri təqdim etmək üçün çox yaxşı imkandır.
İnanıram ki, bu seçkilər də şəffaf və obyektiv keçiriləcək. Bununla yanaşı, mən əminəm ki, parlament seçkiləri Azərbaycanın beynəlxalq arenadakı mövqelərini daha da möhkəmləndirəcək. Son illər Azərbaycanın iştirakı və hətta bir sıra hallarda təşkilatçılığı ilə ciddi tədbirlər həyata keçirilir. Hazırda Azərbaycan dünya siyasəti üçün mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu platformaya çevrilib. Hesab edirəm ki, demokratik və şəffaf mühitdə keçiriləcək parlament seçkiləri Azərbaycanın demokratik inkişafına əlavə təkan verəcək.
2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərini Qaradağ rayonunda müşahidəçi qismində izləmək imkanım yaranmışdı. Biz bir neçə seçki dairəsində olduq, orda yaradılan şərait, seçkiyə hazırlıq prosesi çox yüksək səviyyədə idi. Bununla yanaşı, insanların da səsvermə zamanı fəallığı müşahidə olunurdu. İnsanlar ölkədə demokratik prinsiplərə riayət olunduğuna inandığı üçün könüllü şəkildə seçki məntəqələrinə gəlirdilər. Bu parlament seçkilərində də hər bir namizədə bərabər hüquq və imkanlar yaradılıb. İnanıram ki, bu seçkilər də öncəkilər kimi azad və ədalətli şəkildə keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
25.03.2020
Dünyanın məşhur sənaye istehsalçısı Azərbaycan bazarına daxil olacaq
24.03.2020
Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info