Paşinyanın “selfi xəstəliyi”nin nəticəsi: Sən demə, “selfi” erməni sözüymüş...
Tarix: 31.01.2020 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Almatı şəhərində Avrasiya İqtisadi Birliyi ölkələrinin növbəti toplantısı yəqin ki, Rusiyanın Baş naziri Mixail Mişustinin yadadşında uzun illər qalacaq. Belə ki, iclas keçirilən salona daxil olan Rusiya Baş naziri oturmaq istəyib, ancaq Paşinyan ona oturmazdan əvvəl birgə selfi çəkdirməyi təklif edib.
Baş nazirlər bir-birilərinin əllərini sıxıblar və bir neçə saniyə poza veriblər. Sonra Rusiya hökumətinin başçısı bir az fərqli təklif edib: selfini bayraqlar fonunda çəkdirmək. Təbii ki, erməni baş nazir üçün bunun elə də bir əhəmiyyəti olmasa da razılaşmaq məcburiyyətində qalıb. Təkcə istəyi rusiyalı həmkarı ilə birgə şəklini öz telefonuna hək etdirsin. «Erməni dilində «selfi» necə olacaq?" – zarafata bənzər sualı Mişustindən erməni baş nazirə ünvanlanıb.
Amma, deyəsən, Paşinyan bunu ciddi kimi qəbul edib: «Əslində, selfi erməni sözüdür»-deyə erməni baş nazir özünəməxsus tərzdə bildirib.
Paşinyanın selfi fanatı oduğu barədə «xəbərdarlıq» edən «Sputnik Ermənistan» saytı onun bunları həm fərqli ölkələrin liderləri ilə rəsmi görüşlərdə, həm də fərdi görüşlərdə etdiyini bildirir: «…Hətta bir müddət əvvəl, məhkəmə işi ilə bağlı izahat verməyə çağırılan erməni baş nazir, özündənrazı halda izahat verdiyi müstəntiqlə də selfisini paylaşmışdı».
Maraqlıdır ki, Nikol Paşinyan, xalqın istehza doğuran reaksiyasına baxmayaraq çəkdiyi selfiləri sonradan şəxsi «Facebook» səhifəsində yaymağı özünə «borc bilir».

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
27.03.2020
Evdə qalın ki, sabahlarınız sevdiklərinizlə açılsın!-VİDEO
20.03.2020
Əsgərlər ailə üzvlərinə bayram təbriklərini videoəlaqə vasitəsilə çatdırır - VİDEO
19.03.2020
Erməni ekspert: “Ermənistanın vəziyyəti daha da ağırlaşacaq”
17.03.2020
Nəsimi Əbilov: “Operativ Qərargahın qərarlarına, tövsiyələrinə hər kəs əməl etməlidir”
10.03.2020
“Gənclərimiz bu ilin “Könüllülər ili” elan olunmasından faydalanmalı və yararlanmalıdırlar”

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11481

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Tural İsmayılov: “Azərbaycan dövləti ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info