“The Guardian“: “Amerika silah tətbiqi üzərində nəzarəti itirib”
Tarix: 23.09.2013 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


“Artıq dünya ictimaiyyətinin ABŞ-a bu məsələ ilə bağlı müdaxiləsinə ehtiyac duyulur”

Böyük Britaniyanın "The Guardian" qəzeti ABŞ-da vətəndaşların silahlı toqquşmaları ilə bağlı aktual və maraqlı bir yazı dərc edib. Müəllif Henri Porter bu barədə belə yazır: “ABŞ-da odlu silahlardan istifadə hallarının artması onu göstərir ki, ölkəni vətəndaş müharibəsi bürüyüb. Ötən həftə “Starbucks” şəbəkəsinin rəhbərliyi müştərilərə müraciət edib ki, özləri ilə restorana odlu silah gətirməsinlər. Bu xahiş restoranın öz müştərilərinin təhlükəsizliyi üçün narahat olduğunu ortaya qoyur. Qeyd edək ki, bununla bərabər restoran şəbəkəsi həmçinin, bu ilin yayında restoranın girişinə yaxın yerdə siqaret çəkilməsinə və qaynar qəhvə verilməsinə də qadağa qoyub. 1994-cü ildə bir qadının ombasından 3-cü dərəcəli yanıq almasından sonra “McDonalds”ı buna görə məhkəməyə verməsi və məhkəməni udmasından sonra “Starbucks” ardıcıl olaraq Amerikan qəhvə istehsalçılarının assosiasiyasının tövsiyələrinə əməl edir. Belə ki, assosiasiyanın tövsiyələrinə görə, qaynar içkilərin maksimal temperaturu 82 dərəcədən artıq olmamalıdır.
Sonuncu qadağa isə şirkətin rəhbəri Hovard Şults tərəfindən çox cəsarətli addım sayılır. Amma nəzərə alınmalıdır ki, bu qərar o birilərdən çox-çox sonra qəbul edilib. Hazırda ölkədə vətəndaşlar çox yaxşı silahlanmış halda gəzirlər və suriyalı silahlılardan bir qədər az qorxunc görünürlər”.
Müəllif yazır ki, buna görə də bütün Amerikada tez-tez silahla adamöldürmə halları artır: “Məsələn, ötən həftə Aaron Aleksis Vaşinqtondakı ABŞ-ın hərbi dəniz qüvvələrinin binasına atəş açmışdı və nəticədə 12 nəfər ölmüşdü: “Əgər biz buna təkcə sırf amerikan problemi kimi yanaşmasaq, bunu beynəlxalq humanitar böhranın – kvazi-vətəndaş müharibəsinin əlaməti hesab etsək, onda bu, beynəlxalq ictimaiyyətin müdaxiləsini tələb edir. Dünya vətəndaşları olaraq biz qurbanların və onların ailələrinin hədsiz iztirablarının sona çatmasını tələb etməliyik. Necə ki, bunu Amerika dünyada baş verən vətəndaş konfliktləri ilə bağlı olaraq edir. Hər il ABŞ-da odlu silahla baş verən insidentlər nəticəsində 32 minə yaxın adam ölür. Bu rəqəm getdikcə artmaqdadır. ABŞ-da ümumi cinayətləırin sayının azalmasına baxmayaraq(1980-ci ildən bu yana 40 faiz azalıb), odlu silahla qətlə yetirmə halları artır. Əgər bu ardı kəsilməyən qırğın BMT-nin və digər beynəlxalq quurmların müdaxiləsi üçün yetərli əsas sayılmırsa, onda mən sadəcə, bilmirəm ki, onların əsasları nəyə xidmət edir. Konqresin tədqiqat xidmətinin məlumatlarına və “icasualties.org” saytının statistikasına görə, Amerika Leksinqton yanındakı savaşdan Əfqanıstanda az öncə olmuş əməliyyatlara qədər 1 milyon 171 min 177 adam itirib. Amma 1963-cü ildən ölkədə odlu silahdan istifadə etməklə açılan atəşlər nəticəsində, intiharlar da daxil olmaqla 1milyon 384 min 171 adam həyatını itirib. Belə çıxır ki, son 45 ildə odlu silahla açılan atəş nəticəsində ölənlərin sayı ABŞ-ın hərbi əməliyyatlarda iştirakı nəticəsində itirdiyi hərbçilərin sayından 212 min 994 nəfər çoxdur. Bu isə dəhşətli göstəricidir”.

“11 sentyabr teraktlarından sonra terroristlərin fəaliyyəti nəticəsində 20 nəfərdən az adam həlak olub, amma bu ölkədə odlu silahların tətbiqi nəticəsində 364 min insan həyatını itirib”


Müəllif qeyd edir ki, bu gün ABŞ-da həyatın maksimum təhlükəsiz olması üçün kütləvi tədbirlər həyata keçirilir. Amma heç nəyə baxmayaraq, odlu silahlardan istifadə sahəsində hələ ki bu cür addımlar atılmayıb: “11 sentyabr hadisələrindən 10 il ötəndən sonra ABŞ daxili təhlükəsizlik xərclərini iki dəfə artırıb və bu göstərici 69 milyard dollara çatıb. 11 sentyabrdan bu günə qədər ABŞ artıq bu işə 649 milyard dollar sərf edib.
11 sentyabr teraktlarından sonra terroristlərin fəaliyyəti nəticəsində 20 nəfərdən az adam həlak olmuşdu, amma bu ölkədə odlu silahların tətbiqi nəticəsində 364 min insan həyatını itirib. Əgər hansısa Avropa ölkəsi belə göstəricilərə malik olduğunu nümayiş etdirsəydi və bununla yanaşı, terrorizmlə mübarizəyə davam edib, odlu silah tətbiqi ilə bağlı probleminə göz yumsaydı, ABŞ Dövlət Departamenti mütləq öz vətəndaşlarına həmin ölkəyə getməmək barədə rəsmi xəbərdarlıq edəcəkdi. Bununla da bir dənə də olsun, zireh geyinməyən amerikalı ora ayaq basmayacaqdı”.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Aİ-yә üzv dövlәtlәrin XİN rəhbərləri Türkiyə məsələsini müzakirə edəcəklər
15.10.2019
“Qoşunlarımız Suriyada tələyə düşüb”
15.10.2019
Türkiyə Aİ ilə bağlı bəyanat yaydı
14.10.2019
Ərdoğan: “Biz niyə Suriyadayıq?“
14.10.2019
Tel Abyad qәsәbәsi artıq nәzarәt altına alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info