“İtaliyada bəstəkar və pianoçu kimi Azərbaycan musiqisini təbliğ edirəm”
Tarix: 23.09.2013 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Kəmalə Əlizadə: “Dövlətin dəstəyi sayəsində bütün incəsənət sahələrində istedadlı gənclərin üzə çıxması və inkişafı sevindirici haldır”

Müsahibimiz Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Kəmalə Əlizadədir.

-Kəmalə xanım, sizin üçün bəstəkarlıq sənəti musiqi dünyasının hansı məqamında yer alıb?
-Bəstəkarlıq sənəti çox çətin, çox məsuliyyətli sənətdir. Bəstəkar daima axtarışda olub, özünü axtarır. Kiçik musiqi formasından tutmuş, iri formalara qədər əsərlər yaradır. Bəstəkar musiqi bəstələməyəndə, mənəvi boşluq hiss edir. Əsərin bəstəsini bitirdiyi vaxt isə xoşbəxtlik duyur və əsər uğurla səsləndikdən sonra daima uğuru hiss etmək istəyir.
-Bu gün bəstələdiyiniz əsərlər sənət yolunuzda hansı izləri yaradır?
-Bəstəkarın yazdığı hər əsər, onun yaranma prosesi, konsertdə səslənməsi, auditoriya tərəfindən yüksək qarşılanması, bəstəkarın sənət yolunda öz izini qoyur və o, bundan bəhrələnərək yeni əsərlər yazır, yeni uğurlar qazanmağa çalışır. Bəstəkarın yaratdığı musiqinin səhnədə ifası bəstəkarın yaşaması deməkdir.
-Musiqiyə gəlişiniz və bu sahədə uğurlarınız haqqında...
-Mən ilk əsərlərimi 4 yaşım olarkən yazmışam-rəqs və lay-lay. İlk dinləyicim isə anam Tamilla Əsədova olub. O, Bülbül adına orta ixtisas musiqi məktəbində piano üzrə müəllimədir . Məhs anam musiqyə olan həvəsimi duyub, məni və böyük bacım Güneli Konservatoriyaya, bəstəkar Sevda İbrahimovanın hazırliq sinfinə aparib. İlk müəllimim Sevda xanım olub. O, bizim üçün “Mehriban bacılar” mahnısını bəstələdi. Biz bu mahnını radio və televiziyada dəfələrlə ifa etmişik. Daha sonra isə Bülbül adına orta ixtisas məktəbinə, piano üzrə Nailə Rəcəbovanın sinfinə daxil oldum və fortepiano üzrə bir çox müsabiqələrin laureatı oldum. Məktəbi uğurla bitirdikdən sonra
11 imtahan verib əla qiymətlərlə Baki Musiqi Akademiyasına daxil oldum . Orada fortepiano ixtisası üzrə professor Elmira Səfərovanın, bəstəkarlıq ixtisası üzrə professor Arif Məlikovun sinfində oxumuşam.
Tələbəlik illərində böyük orkestr və fortepiano üçün konsert, simfoniya, balet suitası, kvartet, prelüdlər, kamera suitası və s. əsərlər yazmışam. Aspiranturanı bitirdikdən sonra İtaliyada bəstəkar Antonio Cacomentinin sinfində bəstəkarlıq kursunu keçmişəm. Əsərlərim İtalyada, Hollandiyada, Çində, Yaponiya və ABŞ-da uğurla səslənib. Keçən il İtaliyada əsərlərim iki kitaba daxil edilib. “Senza leggio” adlı kitaba Pssakaliya adli kamera orkestri üçün yazdığım əsərim və “Antologia di cori Bresciani” adlı kitaba xor üçün yazılmış əsərim daxil edilib.
2006-cı ildən İtaliyada bəstəkar və pianoçu kimi konsertlər verib tamaşaçıları dünya bəstəkarlarıyla yanaşı, Azərbaycanın dahi bəstəkarları olan Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Arif Məlikovun əsərləri ilə tanış edir və Azərbaycan musiqisini təbliğ edirəm. Konsertlərin sonunda öz əsərlərimi də ifa edirəm.
-Sizin fikrinizcə, hansı incəsənət sahəsində gənclərin inkişafı yüksək səviyyədədir?
- Doğrusu, bütün incəsənət sahələrində gənclərin inkişafını görürəm. Dövlətin qayğı və dəstəyi sayəsində bütün incəsənət sahələrində istedadlı gənclərin üzə çıxması və onların yüksək səviyyəyə çatması sevindirici bir haldır...
-Bəstələdiyiniz əsərlərdə üstün tutduğunuz mahiyyət nədədir?
-Səmimilik.
-Sizin həyat yoldaşınız italiyalı bəstəkardır. Bir az tanışlığınız haqqında...
-2006-cı ildə İtaliyan səfirliyi tərəfindən təqaüdə layiq görüldüm və dahi tenor L.Pavarottinin doğulduğu Modena şəhərində Oratsio Vekkii adına konservatoriyada bəstəkar Antonio Cakomettinin sinfində bəstəkarlıq staj kursları keçdim. Yoldaşım da həmin professorun tələbəsi idi. Birlikdə çoxsaylı proyektlərdə iştirak etmişik. 2007-ci ildə İtaliya-Azərbaycan əməkdaşlığının 15 illiyinə həsr olunmuş “Concerto del 40 simo parallelo” adlı konsert, M. Maqomayev adına filarmoniyada uğurla səsləndi. Konsert haqqında reportaj dəfələrlə İtalyanın televiziya kanallarında yayımlanıb. “Streghe” adlı uşaq operası, teatr və kinolara yazdığımız musiqi və sairə proyektlərdə birgə iştirak etmişik.
Azərbaycanın İtaliyadaki səfiri cənab Vaqif Sadıxovun rəhbərliyi ilə, ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş gecəni yoldaşım Stefano Muskaritoloyla birlikdə İtaliyanın Modena şəhərindəki San Karlo adlı teatırda təşkil etmişdik. Yoldaşımla sənət və həyat yolum buradan başladı.
-Ömrünüzün bu gənc çağında notların səsi sizə nəyi tərənnüm etdi?
-Çox şeyi... Sözlə ifadə olunmur.
-Azərbaycanın təhsilli vətəndaşı olaraq cəmiyyətin inkişafına baxışınızı bilmək istərdik.
- Müasir Azərbaycan Respublikasının istənilən sahələrində olduğu kimi , musiqi sahəsində də dinamik inkişaf artiq göz gabağındadır. Mən bir Azərbaycan vətəndaşı olaraq, hər an xalqımızın qədim mədəniyyəti ilə fəxr etmişəm .
Bu gün Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın incəsənət sahəsində olduqca dəyərli və vacib işlər görməsi mənə qürur verir. Mədəniyyət sahəsinin inkişafına yönəlmiş dövlət proqramının mükəmməl qaydada təşkil olunmasının nəticəsində, Azərbaycan musiqisinin, xalqımızın qədim muğam sənətilə yanaşı Azərbaycan bəstəkarlarının əsərlərinin dünya ictimaiyyətinə çatdırılması , respublikamızda keçirilən beynəlxalq festival və müsabiqələrinin keçirilməsi nəticəsində, gənclərimizin incəsənətə marağının artırılmasına gətirib çıxarır.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info