Tibb Universiteti ilə Giresun Universiteti arasında müqavilə imzalandı
Tarix: 23.09.2013 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin Giresun Universitetinin nümayəndə heyəti ilə görüş baş tutub. Bu barədə ATU-dan bildirilib. Görüş zamanı Giresun Universitetinin rektoru, professor Aygün Attar və ATU rektoru, akademik Əhliman Əmiraslanov arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Görüşün əvvəlində akademik Əhliman Əmiraslanov qonaqlara ATU haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Tibb Universiteti Azərbaycanın səhiyyə sahəsini peşəkar kadrlarla təmin edir: "Hazırda universitetdə yüksək səviyyəli təhsil və tədris üçün hər cür şərait yaradılıb. Artıq ATU nəzdində 4 klinika fəaliyyət göstərir. Bu klinikalar ən son texnoloji avadanlıqlarla təchiz olunub. Burada dünya səviyyəsində gənc mütəxəssis hazırlığını həyata keçirmək üçün laboratoriyalar qurulub". Rektor ATU-da tələbələrin, rezidentlərin və doktorantların təhsili və biliklərini artırmaları üçün mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyalarının yaradıldığını da bildirdi.
Professor Aygün Attar da öz növbəsində Giresun Universiteti ilə bağlı bilgiləri açıqlayıb. Rektor qeyd edib ki, Giresun Universiteti yeni olmasına baxmayaraq, sürətlə böyüyən və inkişaf edən bir ali təhsil məktəbidir: "Artıq universitetimizdə region ölkələrindən - Azərbaycan, Ukrayna, Gürcüstan və Rusiyadan tələbələr var. Biz Türkiyə-Azərbaycan münasibətlərinin daha da yaxşılaşması üçün təhsil sahəsində də əlimizdən gələni edəcəyik".
Görüşün sonunda iki universitet arasında akademik və elmi iş birliyi haqqında müqavilənin təkmilləşdirilmiş variantı imzalanıb. Bu saziş iki universitet arasında əməkdaşlıq, qarşılıqlı rezidentura imkanlarının, ortaq elmi araşdırmaların reallaşdırılmasını nəzərdə tutur. Protokola görə, Giresun Universitetinin nəzdində yeni yaradılan və səhiyyə sahəsində çalışacaq kadrlar yetişdirən Sağlıq Xidmətləri Peşə Məktəbi ilə qarşılıqlı təhsil-tədris iş birliyi də həyata keçiriləcək.
Sonda professor Aygün Attar və millət vəkili Əhliman Əmiraslanov bir-birilərinə xatirə olaraq plaketlər və hədiyyə paketləri təqdim etdilər.
Qeyd edək ki, Giresun Universitetinin 20 nəfərdən ibarət nümayəndə heyəti arasında rektor köməkçisi professor Ahmet Ergin, kommunikasiya fakültəsinin dekanı prof. Jale Sarmaşık, baş katib Bünyamin Kaya və digərləri iştirak ediblər.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info