“Milli şura”dakı proseslər həmişə müxalifətin ümumi işinə zərər vurub”
Tarix: 23.09.2013 | Saat: 22:18:00 | E-mail | Çapa göndər


“Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin təbliğat-təşviqat kampaniyasının uğursuz aparılması haqqında artıq müxalif düşərgədən də fikirlər səslənməkdədir. İki dəfə teledebata qatılsa da Cəmil Həsənli ortaya konkret seçki platformasını qoya bilməyib. Bu isə onun və komandasını seçki prosesinə hazırlıqsız qatılmasından və bacarıqsızlıqlarından xəbər verir.

“Palitra”ya açıqlama verən Azadlıq Partiyasının sədri Əhməd Oruc namizəd üçün seçki platformasının əsas amil olduğunu dedi. O, Cəmil Həsənlinin bu işdə geri qalmasını da təbii hal saydı. Başları qalmaqallara, uğursuz siyasi gedişlərə qarışan bir qurumun və onun namizədinin ortalığa konkret seçki platforması qoya bilməməsi əvvəlcədən proqnozlaşdırılırdı. Əhməd Oruc həmçinin “milli şura”nın çoxdan hörmətdən düşdüyünü də vurğuladı: “Görünən odur ki, bu düşərgədə “boy artımı” yoxdur. Artımın olmaması da liderlərin uzun illər ərzində siyasi alverlərə getmələri, ayrı-ayrı zaman kəsiyində böyük vədlər verib sonradan bundan qaçmaları kimi məsələrlə birbaşa bağlıdır. 2005-ci ildə “Azadlıq” blokunun liderləri bildirirdilər ki, biz bu seçkiləri udmasaq, ciddi tədbirlər görəcəyik və s. Sonradan isə hər kəsin ipindən tutub dartdılar və səsləri beləcə kəsildi. Bunlar hamısı cəmiyyətin gözü önündə baş verir”.
Əhməd Oruc deyir ki, bundan sonra yəqin ki, Cəmil Həsənli danışanda daha ehtiyatlı olacaq. O, artıq xalqın onu dəstəkləmədiyinin də dəfələrlə şahidi olub. Seçkilərə isə çox az vaxt qalıb. Belə bir az müddətdə pozulmuş daxili münasibətləri də tənzimləmək qeyri mümkün görünür. Azadlıq Partiyasının sədri son zamanlar Cəmil Həsənlinin yanında onun komandasından olan digər “küskün” liderlərin görünməməsini də təbii hal saydı: “Milli şura”nın ciddi problemləri olduğu heç kimə sirr deyil. Yəni, artıq bu birliyin sədri aşkar şəkildə bildirib ki, mən siyasətlə məşğul olmuram heç Rusiya vətəndaşlığından da çıxmaq fikrim yoxdur və s. “Milli şura”nın özünün icra aparatı, guya seçki qərargahı var. Ancaq Cəmil Həsənlinin təbliğatı işi onun seçki qərargahı yox, Eldar Namazovun rəhbərliyi altında idi. İndi isə AXCP-Müsavat birliyinin rəhbərliyi altında başqa bir seçki qərargahı bu funksiyanı öz üzərinə götürüb. Bu seçki qərargahında təmsil olunmaqla bağlı isə KXCP, ALP və ACP-nin narahatlığı və narazılıqları var idi. Hamıya bəllidir ki, Cəmil Həsənli “milli şura”nın düşdüyü pis vəziyyətdən çıxarmaq üçün ortaya atılmış bir fiqurdur. Diqqət Rüstəm İbrahimbəyov kimi yalançı, hərdəmxəyal birinin fiaskosuna yönəlmişdi. Eyni zamanda bununla bağlı liderlərə basqı da var idi ki, seçki ərəfəsində müxalifəti gətirib uçurumun önündə qoydunuz. Bilirdiniz axı onun Rusiyada vətəndaşlığı var və s. Bu məsələlərdən diqqəti yayındırmaq üçün çox çətinliklə müxalifət daxilində hazırda neytral şəxs kimi olan Cəmil Həsənlini razı saldılar. Burada da Rüstəm İbrahimbəyovun da böyük rolu oldu. Yəni, vəziyyətdən çıxmaq üçün bir vahid namizəd görünütüsü yaratmaq lazım idi ki, bu da baş tutdu. Ancaq “milli şura”nın daxilində olan o problemlər-həm partiyalar arasında olan soyuqluq və intriqalar, həm ideoloji problem, həm də liderlərin bir-birinə qarşı barışmaz münasibətləri gündəmdə durur. Heç kimə sirr deyildi ki, namizəd Cəmil Həsənli yox, Əli Kərimli və İsa Qəmbər olsaydı, indi proseslər tamam başqa istiqamətdə cərəyan edərdi. Ziddiyyətləri artırdıqları və bir-birilərinin sözünü həzm edə bilmədikləri üçün bu baş tutmadı. Bu proses həmişə müxalifətin ümumi işinə zərər vurub. İndi də həmin problemlər yaşanır. Bu birlik əslində üç nəfərin üzərində qurulmuşdu. Sonradan bura əlavə qüvvələr cəlb olunsa da, bir ciddi məsələ olan kimi yenə də həmin məşhur üçlüyün görüşü təşkil olunur. Bu ayrı-seçkilik problemi hazırda belə şəkildə davam edir. Cəmiyyət isə bu cür məsələləri qəbul etmir”.
Əhməd Oruc artıq iflas işartılarının da müşahidə olunduğunu bildirdi: “Faktiki olaraq ACP müəyyən qədər fəaliyyətini dondurub. Əvvəlki maliyyə və yanaşım yoxdur. Bunlar bir növ mövsüm partiyasıdır. Bu mövsümü başa vurublar və artıq bilirlər ki yekun bəllidir. Bununla bağlı Rəsul Quliyev də dəfələrlə bəyanat verib ki, “milli şura”nın qalib gəlmək şansı çox azdır. Məncə münasibətlərdəki fərqlilik əsasən bu məsələlərdən qaynaqlanır”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info