Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı kredit ayırıb
Tarix: 23.09.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Nəqliyyat Nazirliyində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi üçün əlavə maliyyələşdirmə”yə dair layihə sazişi imzalanıb. Sazişi nəqliyyat naziri Ziya Məmmədov, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adından maliyyə qurumunun Azərbaycan üzrə meneceri xanım Larisa Leşçenko imzalayıblar.
Nəqliyyat Nazirliyindən bildiriblər ki, Azərbaycan ilə Dünya Bankı arasında 2009-cu il dekabrın 18-də imzalanmış kredit sazişinə əsasən ölkəmizdə dəmir yollarının yenidən qurulmasını nəzərdə tutan “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi” həyata keçirilməkdədir. Layihənin əsas məqsədi Azərbaycanda dəmir yolu xidmətlərinin, eləcə də rəqabət qabiliyyətliliyinin, maliyyə dayanıqlılığının, əməliyyat və xərc səmərəliliyinin və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin xüsusilə Gürcüstan istiqamətində nəqliyyat dəhlizində (Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Azərbaycana aid olan hissəsində) imkanların təkmilləşdirilməsidir. Layihə çərçivəsində nəzərdə tutulmuş bir çox tədbirlər müvəffəqiyyətlə icra olunub. Layihənin əlavə maliyyələşdirilməsi məqsədilə Dünya Bankı ilə müvafiq danışıqlar aparılmış və nəticə olaraq Azərbaycan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi üçün əlavə maliyyələşdirmə”yə dair kredit sazişinin və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında “Dəmir yolu ticarətinin və nəqliyyatının dəstəklənməsi layihəsi üçün əlavə maliyyələşdirmə”yə dair layihə sazişinin layihələri hazırlanaraq təsdiq edilib. Bununla da Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən 23 il müddətinə 220 milyon ABŞ dolları məbləğində kredit vəsaiti ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info