Azərbaycan və Çeçenistan müharibə veteranları əməkdaşlıq edəcək
Tarix: 23.09.2013 | Saat: 22:53:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan və Çeçenistan müharibə veteranları arasında görüş keçirilib. Görüş amanı Rusiya Veteranlar Birliyinin Çeçenistan regional təşkilatının sədri Salamu Asuyev bildirib ki, çeçenistanlı veteranların Bakıya səfərin əsas məqsədi Azərbaycan tərəfi ilə dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasıdır:
“Əsas məqsəd postsovet məkanında yaşayan xalqların qonşuluq və qardaşlıq şəraitində yaşamasına əngəl olan ekstremizmə və onun təzahürlərinə qarşı mübarizə aparmaqdır".
Azərbaycan Müharibə Əlili və Veteranları İctimai Birliyinin sədri Fuad Rzayev isə bildirib ki, təşkilat Ermənistanın ətrafındakı bütün dövlətlərin veteran qurumları ilə sazişlər imzalayır: “Faktiki olaraq biz Ermənistan veteranları blokadaya salıb təkləyirik. Bizimlə müqavilə imzalayan veteranlar heç vaxt ermənilərlə saziş imzalamayacaqlar. Bu istiqamətdə işimizin 50 faizini yerinə yetirmişik. Oktyabrın 4-də Dağıstan, ondan sonra İnquşetiya veteranları ilə müqavilələr imzalanacaq. Ondan sonra Qafqaz Forumu keçirəcəyik və orda ermənilər təmsil olunmayacaq. Bu, gələcək müharibəyə bir növ hazırlıqdır". Tədbirin sonunda Azərbaycan və Çeçenistan veteran qurumları arasında dostluq və əməkdaşlıq barədə müqavilənin imzalanma mərasimi keçirilib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Ermənistanda hər gün cinayətkarlıq artır
23.01.2019
Türkiyə Prezidenti Rusiyada səfərdədir
23.01.2019
Qazaxıstan Respublikasının adı dəyişir
22.01.2019
Paşinyanın inqilabdan sonra Qərbdən maliyyənin sel kimi axacağı xəyalı puç oldu
22.01.2019
Ermənistanda bir ildə korrupsiya ilə bağlı 8 mindən çox fakt qeydə alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info