Belarus Prezidenti Polad Bülbüloğlunu təbrik edib
Tarix: 04.02.2020 | Saat: 13:07:00 | E-mail | Çapa göndər


Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan SSR-in Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illik yubileyi münasibətilə təbrik edib. AZƏRTAC BelTA agentliyinə istinadla xəbər verir ki, məlumatı Belarus liderinin mətbuat xidməti yayıb.
Təbrik məktubunda deyilir: “Tanınmış müğənni və bəstəkar, gözəl aktyor və pedaqoq, qüsursuz avtoriteti və əla insani keyfiyyətləri olan siyasətçi kimi Siz öz işinə sonsuz sədaqət və məsuliyyətli münasibət nümunəsi olmusunuz. Sizin yüksək peşəkarlığınız, zəngin təcrübəniz və bilikləriniz uzun illər ərzində həqiqi mədəni dəyərlərin təbliğinə və Belarus, Azərbaycan və Rusiya arasında dialoqun daha məzmunlu olmasına yönəlib”.
Aleksandr Lukaşenko əmin olduğunu bildirib ki, Polad Bülbüloğlunun gerçəkliyin müdrik dərk edilməsi və xeyirin təntənəsinə inamla müşayiət olunan çoxşaxəli fəaliyyəti gələcəkdə də insanlara sevinc və ilham bəxş edəcək, yüksək əxlaqi meyarlara cavab verəcək. Prezident ona möhkəm cansağlığı, xoşbəxtlik, yeni uğurlar və nailiyyətlər arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
Özbəkistanda koronavirusa yoluxanların sayı 263 nəfərə çatıb
04.04.2020
Rusiyada 235 uşaqda koronavirus aşkarlanıb
04.04.2020
“Düz dörd il öncə Azərbaycan ordusu öz gücünü göstərdi“
04.04.2020
Qazaxıstanda koronavirusdan 5-ci ölüm hadisəsi qeydə alınıb
04.04.2020
Ukraynada koronavirusdan 28 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info