“Paşinyanın “yüksək” reytinq barədə danışması gülünc görünür”
Tarix: 04.02.2020 | Saat: 18:42:00 | E-mail | Çapa göndər



“Bu gün Paşinyanı alqışlamayanlar sabah Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında izahat verməyə hazır olmalıdırlar. Bu cür addımlarla ölkədəki vəziyyəti yaxşılaşdırmaq olmaz”


“Bir halda ki, özünün dediyi kimi “yüksək reytinqə” sahibdirsə, onda 2021-ci ili növbədənkənar parlament seçkisi ili elan etsin”


“Təqribən iki il öncə, yəni 2018-ci ilin aprelində “məxməri inqilab”ın başlandığı ərəfədə Nikol Paşinyan meydanda toplaşanlara əminliklə bildirirdi ki, artıq bundan sonra Ermənistanda qanunsuzluq kitabı bağlanacaq. Amma işə bax ki, təxminən iki ildən sonra, hüquq sahəsindəki qanunsuzluqlar Ermənistan cəmiyyətində ən çox müzakirə olunan mövzulardan biri olaraq qalmaqdadır. Bunu təkcə Konstitusiya Məhkəməsi rəhbəri ətrafında yaranmış vəziyyətlə əlaqələndirmək olmaz.

Məsələ bundadır ki, bu gün ədliyyə binasının yanından keçən hər bir ölkə vətəndaşının cinayət təzahürü kimi həbs edilmə ehtimalı var”. “Qolos Armenii” saytına danışan Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanovun fikrincə, əslində bu gün Ermənistandakı yaşananlar başa düşüləndir: “…Şantaj yolu ilə ölkə rəhbərliyinə hakimiyyətdən başqa nə gözləmək olar axı?”.
Fikirlərini davam etdirən Şarmazanov daha sonra deyir: “Vaxtilə, Nikol Paşinyanın dediklərini xatırlayaq: “Ya mən baş nazir olacam, ya da Ermənistanda baş nazir olmayacaq”. Hələ hakimiyyətdə gəldiyi ilk dövrlərdə, dəqiq desək 2018-ci ilin sentyabrında Paşinyan verdiyi açıqlamaların birində artıq Ermənistanda onun əmrini yerinə yetirməkdən imtina edə biləcək bir hakimin olmadığını bildirmişdi. Xatırlayıram, lap elə belə də demişdi: «Ermənistanda mənə yox deyə biləcək bir hakim varmı? ... Bu hakim kimdir? Mən onu görmək istəyirəm”. Deyəsən, erməni baş nazirin arzusu artıq reallaşıb, yəni, onun görmək istədiyi hakim Qrayr Tovmasyanın timsalında Nikolun önündə peyda olub. Nə etməli? Deyəsən, daş qayaya rast gəlib. Paşinyan onu «sındırmaq» üçün bütün vasitələrə, hətta rüşvət təklifinə də əl atdı. Onun evində təşkil edilən axtarış da uğursuzluqla sonunclandı. Maraqlıdır ki, sayt Paşinyanın da təqdir etdiyi ev axtarışlarından Ermənistanda heç kimin sığortalanmadığını bildirir. Saytın fikrincə, bu gün Paşinyanı alqışlamayanlar sabah Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında izahat verməyə hazır olmalıdırlar. Xalqı ilə belə davranan Paşinyan bir şeyi unudur: “…bu cür addımlarla ölkədəki vəziyyəti yaxşılaşdırmaq, inkişafından danışmaq olmaz”. Paşiynanın, artıq əndazədən çıxan son davranışlarına diqqət çəkən sayt daha sonra Şarmazanovun fikirlərini davam etdirir: “Bu gün baş nazir ölkə parlamentində «Mənim addımım» fraksiyasını təmsil edən 88 deputata arxalanır. Qeyd edək ki, 88 səs Paşinyanın istədiyi hər hansı bir qanunun qəbulu üçün yetərlidir. Deməli, nə müxalifətin rəyi, nə də digərlərinin tənqidinin heç bir mənası yoxdur. Buna görə də bu gün ölkə parlamentində təkəbbürlü davranan «Mənim addımım» fraksiyasından olan deputatlar “müxalifətin” hansı düymələri basmasından asılı olmayaraq istədiklərini edirlər. Bunun nəticəsidir ki, bu gün dövlət idarəetmə sistemi yaramaz vəziyyətdədir, çünki parlamentdə təmsil olunan müxalifət öz rolunu yerinə yetirə bilmir. Əslində, bunu heç müxalifət də adlandırmaq doğru olmaz. Təbii ki, bu, Paşinyanı qane edir. Onun, hakimiyyətə gələndən sonra təkrar parlament seçkisi keçirməyə can atması da məhz buna hesablanmışdı. Həmin ərəfədə eyforiyaya uyan cəmiyyət də bunun fərqinə o qədər varmamışdı. Amma indi xalq səhvini anlamağa başlayıb. Paşinyanın özündənrazılığına baxmayaraq, onun “yüksək” reytinq barədə danışması gülünc görünür. Bir halda ki, özünün dediyi kimi, “yüksək reytinqə” sahibdirsə, onda 2021-ci ili növbədənkənar parlament seçkisi ili elan etsin”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
08.04.2020
Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info