“İrəvan sakinlərinin yarısı ölkəni tərk etmək istəyir”
Tarix: 23.09.2013 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Yekaterina Voskresenskaya: “Təkcə ötən il Rusiyadan göndərilən transfertlər Ermənistan büdcəsinin
64,5 faizini təşkil edib”


“Ermənistanın Gömrük İttifaqına üzv olmaq istəyini açıqlaması Avropa İttifaqı üçün sürpriz qərar oldu. Ermənistanın bəzi siyasi dairələri “iki stul”da əyləşməyin mümkün olmasına inanaraq, iqtisadi blok şəklində olmasa belə, Avropa İttifaqı ilə də assosiativ sənəd imzalanmasına ümid edirdilər. Amma İrəvanın tutduğu mövqedən sonra Brüssel şərtlərin dəyişdiyini nəzərə alaraq Ermənistanla bu şəkildə əməkdaşlıqdan imtina edib”. Bu sətirlər “Irex.ru” saytında yer alan məqalədəndir.
Müəllif Yekaterina Voskresenskaya yazır ki, Avropa İttifaqının Ermənistana təkliflərinin nə olduğu, bu təkliflərin İrəvan üçün nə qədər sərfəli olması hələ bəlli deyil. Çünki Avropanın təklifləri hələ də gizli saxlanılır. Ancaq korrupsiyaya, monopoliyaya qarşı mübarizə, azad ticarət zonası və s. bu kimi məsələlərin gündəmdə olması ilə bağlı müəyyən informasiyalar var: “Amma reallıq ondan ibarətdir ki, Ermənistan kimi ölkələr Avropa İttifaqı üçün plasdarm, qara əmək bazarı kimi əhəmiyyət kəsb edir. Avropa İttifaqı ilə əməkdaşlığın nəticəsi olaraq Ermənistana investisiya axını olacağını, sənaye sektorunda inkişaf olacağını gözləməyə dəyməz. Əgər, Avropa İttifaqının Ermənistana etdiyi təkliflər paketində müsbət, gəlirli məqamlar olsaydı, onu supersərfəli təklif kimi çoxdan car çəkmişdilər. Görünür, Brüssel hadisələrin sonrakı inkişafının belə olacağını gözləmədiyindən kartları əvvəlcədən açmayıb. Serj Sərkisyanın Moskvada Gömrük İttifaqı ilə bağlı səsləndirdiyi məlum bəyanat bir çox rus siyasətçilər üçün də gözlənilməz oldu. Məsələ ondadır ki, rəsmi İrəvan son 4 il ərzində fərqli siyasət həyata keçirirdi. Belə ehtimal edilirdi ki, assosiativ əməkdaşlıqla bağlı sənədin paraflanmasından sonra Ermənistan bir ayağı ilə artıq Avropa İttifaqında olacaq. Amma Ermənistan köhnə yerində qalmağa, Rusiya ilə sıx hərbi əməkdaşlıq etməyə, ucuz kredit almağa, aşağı qiymətə qaz almağa üstünlük verdi. İşin belə gedişi isə şübhəsiz Avropa İttifaqını razı salmır. Ermənistan 4 illik siyasətin əksinə olaraq gözlənilmədən seçimini Rusiyanın xeyrinə etdi. Ermənistan Politoloqlar Assosiasiyasının rəhbəri Andranik Ovannisyan qeyd edir ki, əhalinin təxminən 80 faizi Sərkisyanın bu seçimi ilə razıdır. Digər tərəfdən Gömrük İttifaqı Ermənistan üçün iqtisadi mənada bir çox çərçivələr yaradır. Ermənistan üçün Rusiya ilə əməkdaşlıq Gömrük İttifaqı ilə əməkdaşlıqdan daha sərfəlidir. Ermənistanın ən güclü diasporundan biri Rusiyadadır. On minlərlə erməni miqrant kimi Rusiyanı seçib və orada özünə iş tapıb, ailəsini dolandırır. Təkcə ötən il Rusiyadakı ermənilərin göndərdiyi transfertlər Ermənistan büdcəsinin 64,5 faizini təşkil edib. Ermənistanın ixracdan nəsə qazanacağını gözləməyə dəyməz. Ona görə də Ermənistandakı kövrək iqtisadi sabitlik Rusiyadan göndərilən transfertlərin sayəsində mümkün olub. Bu gün Ermənistanda nə bazar var, nə də bazar münasibətləri. İqtisadi məkanda Ermənistanda feodal modeldir. Ermənistanın bu vəziyyətdə olmasının bir səbəbi də geosiyasi vəziyyəti, Türkiyə və Azərbaycanın əhatəsində olması ilə bağlıdır. Gürcüstan və Abxaziya vasitəsilə dəmiryolunun açılması isə Ermənistanın Gömrük İttifaqına daxil olmasından asılıdır. Rusiya dəmiryolunun inkişafı üçün 15 milyard ayırmağa hazır olduğunu açıqlayıb”. Məqalədə qeyd edilir ki, Gömrük İttifaqına üzvlük erməni monopolistlər üçün sərfəli deyil. Müəllifin fikrincə, bu birliyə üzv olmağın iqtisadi planda Ermənistan üçün nə dərəcədə xeyirli olacağı hələ tam bəlli deyil. Əgər xeyirli olarsa, bu, Ermənistanda dəhşətli dərəcəyə çatan miqrasiya məsələsinə müsbət təsir edə bilər: Ermənistan Sosioloqlar Assosiasiyasının keçirdiyi sorğunun nəticələri göstərir ki, İrəvan sakinlərinin təxminən yarısı (46 faiz) ölkəni tərk etmək istəyir: “Ölkəni təkcə qeyri-peşəkarlar tərk etmir-onların arasında xeyli həkimlər, müəllimlər, proqramçılar da var. Onların böyük əksəriyyəti Amerika, Avropa, daha sonra Rusiyaya üz tuturlar”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info