Yetmiş minə yaxın gənc ilk dəfə seçkidə iştirak edəcək
Tarix: 23.09.2013 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Prezident seçkilərində gənclərin seçki prosesinə cəlb olunması məqsədilə başlanan “Səs Ver” kampaniyasının təqdimat mərasimi olub. Kampaniya “İrəli” İctimai Birliyinin təşəbbüsü, Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə həyata keçiriləcək.

Tədbirdə çıxış edən MSK katibliyinin müdiri Rövzət Qasımov seçkinin cəmiyyətin inkişafındakı rolundan danışıb və bu prosesdə gənclərin iştirakının vacibliyini vurğulayıb. O, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində gənclərin fəallıq nümayiş etdirəcəyinə ümidvar olduğunu da qeyd edib.
R.Qasımov bildirdi ki, bu il ilk dəfə olaraq təxminən 70 minə yaxın gənc seçkidə iştirak edəcək. Prezident seçkilərində isə ilk dəfə iştirak edən gənclərin sayı 500 minə yaxındır. R. Qasımov qeyd etdi ki, seçki günü-oktyabrın 9-da 150 gənc seçicinin 18 yaşı tamam olacaq və bu gənclərin də səsvermədə iştirakı təmin olunacaq: “Biz bununla bağlı bəzi layihələr hazırlayırıq. Bu, artıq xüsusi statusun onlara şamil olunmasıdır. Yəni bununla da onlar tam hüquqlu vətəndaş qismində ölkə həyatında gedən bütün proseslərdə iştirak edəcəklər”. R.Qasımov vurğuladı ki, MSK Gənclər və İdman Nazirliyi ilə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir: “Yaxın vaxtlarda bu mövzuda xüsusi çarxlar da nümayiş etdiriləcək. Bu çarxlar gəncləri seçkilərdə fəal olmağa çağırır. Bütün bunlar MSK-nın gənc seçicilərimizi fəal seçici, vətəndaş olmağa təşviq etməsidir, onlarda seçkilərə diqqət aşılamaqdır”.
“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirdi ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək və onların 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir. R. Mərdiyev onu da bildirdi ki, “Səs Ver” kampaniyasının məqsədi qarşıdan gələn seçkilərdə səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.
Mərasimdə kampaniya çərçivəsində hazırlanan saytın və gəncləri seçkilərdə fəal olmağa səsləyən “Səs Ver” mahnısının da təqdimatı keçirildi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info