“Yeni tikilən məktəblər bizim gələcəyimiz deməkdir”
Tarix: 23.09.2013 | Saat: 23:08:00 | E-mail | Çapa göndər


Hazırda təhsil sahəsində aparılan islahatların yaxın gələcəkdə müsbət nəticələrə gətirib çıxaracağının deyən ölkə başçısı bildirib ki, bu günə qədər müəyyən işlər görülüb: “Ancaq hesab edirəm bugünkü Azərbaycanın inkişaf dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə ən yüksək zirvədə olmalıdır. Əminəm ki, biz buna nail olacağıq. Çünki Azərbaycan xalqının çox böyük potensialı var”.
Mütəxəssislər də ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin buna təkan verəcəyini düşünürlər. Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktor müavini, professor Yəhya Kərimov bildirdi ki, bu istiqamətdə ölkə başçısının həyata keçirdiyi tədbirlər çox mühümdür. Prezident İlham Əliyev bildirib ki, təhsilin keyfiyyəti hüdudları olmayan bir prosesdir:
“Biz daim bu məsələni diqqət mərkəzində saxlamalıyıq, xüsusilə müəllimlər və təhsillə məşğul olan məsul şəxslər bu məsələyə daim diqqət yetirməliyik. Çünki artıq dəfələrlə bu ifadə işlədilib ki, təhsil hər bir ölkənin gələcəyini təmin edir”. Yəhya Kərimov qeyd etdi ki, bu, həqiqətən də belədir ki, hər bir ölkənin inkişafını onun insanları, insanların bilikləri, istedadı müəyyən edir. Professor bildirdi ki, o, hər zaman ulu öndər Heydər Əliyevin və onun siyasətinin layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin apardığı siyasətlə tam razıdır: “Mən ikinci bir digər Prezident təsəvvür edə bilmirəm. Çünki ikinci bir şəxsin İlham Əliyev qədər bizim Vətənimizin qayğısına qalacağına inanmıram. Məhz onun sayəsində son illərdə təhsil sahəsində saysız-hesabsız tədbirlər həyata keçirilir. Bu istiqamətdə sərəncamlar, fərmanlar verilir. Ölkədə neçə-neçə məktəblər tikilir, köhnələr təmir olunur. Bu bizim gələcəyimiz deməkdir. Əgər Prezident təhsilə qiymət verirsə, qayğısına qalırsa, bu o deməkdir ki, ölkənin bütün vətəndaşlarının rifahının, gələcəyinin qeydinə qalır. Ona görə də mən bütün ailəmlə birlikdə İlham Əliyevə səs verməyə hazırıq. Onu yeganə, layiqli namizəd kimi tanıyırıq”.
Professor bildirdi ki, bu gün təhsilin bir sıra sahələrində həyata keçirilən tədbirlərdən biri kimi ali məktəblərə tələbə qəbulunda obyektivliyi göstərmək olar: “Mənim 3 nəvəm tam demokratik şəraitdə imtahan verib, ali məktəbə daxil olublar. Oxuyan, təhsili olan abituriyent heç bir problem olmadan, imtahan verərək ali məktəbə qəbul oluna bilir”. Y.Kərimovun sözlərinə görə, gənclərin təhsilində mühüm amillərdən biri kimi xaricdə təhsilə xüsusi diqqət və qayğı göstərilir: “Bu baxımdan ölkə başçısının sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı göstərmək olar. Ümumiyyətlə, xaricdə təhsil lazımlıdır. Xaricdə təhsil alan azərbaycanlı tələbələrlə, məsələn, Hollandiyada, İngiltərədə, Türkiyədəki gənclərlə görüşmüşəm. Xaricdə təhsil almaq özü böyük fəxrdir. Bunun da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hətta o tələbələrlə görüşündə də bu məsələlərə geniş yer ayırıb. Mən də fəxr edirəm ki, bu gün xaricdə təhsil alan tələbələrimiz var və onlar qayıdıb ölkəmizə böyük töhfə verəcəklər. Eyni zamanda biz istərdik ki, təhsilimiz daha da yüksəlsin və xaricdən bizim ölkəmizdə təhsil alanların sayı daha da artsın. İstərdik ki, bu gün bizə Almaniyadan, Fransadan, İngiltərədən təhsil almağa gəlsinlər. Biz xaricə deyil, onlar bizə inteqrasiya olunmağa çalışsınlar. Prezident deyib ki, “istəyirəm Azərbaycanda təhsilin səviyyəsi o qədər yüksək olsun ki, xaricə getməyə ehtiyac qalmasın. Bu da həm müəllimlərdən, həm dövlət rəhbərliyindən, eyni zamanda, təhsil sistemində çalışan bütün insanlardan və əlbəttə ki, uşaqlardan asılıdır. Bizim insanlarımız istedadlıdır, biliklidir. Hesab edirəm uşaqlar da başa düşürlər ki, əgər məktəblərdə, ali məktəblərdə yaxşı biliklərə malik olmasalar, gələcəkdə onlar üçün həyatda öz yerini tapmaq o qədər də asan olmayacaq. Bu gün bizim cəmiyyətimizdə daha çox biliklər hər bir insanın gələcəyini müəyyən edir. Getdikcə, ölkəmiz inkişaf etdikcə bu amil daha da ciddi rol oynayacaq”. Elə mən də bu fikirlərlə bir daha təsdiq edirəm ki, XXI əsrdə ölkələrin gələcəyi bilavasitə təhsilin, biliklərin səviyyəsindən asılı olacaq. Ona görə uşaqlarımız bilikli, savadlı olmalıdırlar”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info