Kaliforniya spikeri işğal olunmuş ərazilərimizə səfərdən imtina etdi
Tarix: 23.09.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Kaliforniya ştatının parlamentinin spikeri Con Peres Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməkdən imtina edib.
Bu onu göstərir ki, xarici dövlətlərin rəsmi nümayəndələri artıq ermənilərin təxribatlarına uymur və işğal olunmuş ərazilərə səfər edərək Azərbaycan XİN-in "arzulonmaz şəxslər" siyahısına salınmaq istəmirlər. Bu arada daha əvvəl Ermənistan tərəfindən işğal olunan Azərbaycan torpaqlarına qeyri-qanuni yolla səfər etdiklərinə görə Azərbaycan XİN-in "arzuolunmaz şəxslər" siyahısına daxil edilən dörd xarici vətəndaşın adı həmin siyahıdan çıxarılıb. "Arzuolunmaz şəxslər" siyahısından Rusiya Federasiyası Dövlət Dumasının deputatı Aleksey Mirtofanov, "Amerikanın səsi"nin Moskva bürosunun rəhbəri Ceyms Bruk, Cons Hopkins Universitetinin tələbələri İvan Benoviç və Nikolas Bondranın adları kənar edilib. Bu şəxslərin adları onların Azərbaycan tərəfinə bu səfərlərə görə təəssüfləndiklərini ifadə etdikləri, Azərbaycanın ərazi bütövlüyünü tanımalarının vurğulaması və öz soyadlarını göstərilən siyahıdan silinməsi barədə müraciətlərindən sonra çıxarılıb.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info