Keçmiş Xidmət rəisi Paşinyanın həyat yoldaşının qəzetini məhkəməyə verir
Tarix: 05.02.2020 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Yaxın günlərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyan baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın sahibi olduğu "Aykakan jamanak" qəzetini məhkəməyə verməyi planlaşdırır. Bu barədə Vanetsyanın vəkili Lusine Saakyan məlumat verib. Xatırladaq ki, bu il yanvarın 12-də Anna Akopyanın baş redaktoru olduğu nəşrdə "Mənim şərəfim var, yoxsa yoxdur? Mişik, Artur, Arik" adlı məqalə dərc edilib.
Məqalədə Təhlükəsizlik Şurasının sabiq rəhbəri Artur Vanetsyanın Paşinyan və onun ailə üzvlərinə qarşı təşkil etdiyi mətbuat kampaniyasının bu gün də davam etdirildiyi bildirilirdi. Nəşr Vanetsyanın bu kampaniyaya hələ Təhlükəsizlik Şurasının sədri olduğu vaxtdan start verdiyini yazıb: “Vanetsyan səlahiyyət sahibi olarkən ölkədə tanınmış kriminal avtoritetlərin xidmətindən yararlanaraq, erməni nəşrlərinin birində Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan və qızı Mariam Paşinyan haqqında böhtan və yalan dolu məlamatlar dərc etdirib”.
Nəşrin yazdığına görə, hazırda Təhlükəsizlik Şurası direktoru vəzifəsindən göndərilən Artur Vanetsyan yenə də Paşinyanın ailəsinə qarşı əməllərini davam etdirməkdədir. O, hazırda sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan və parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan vasitəsilə baş nazirin ailəsinə qarşı kampaniyanı yenə də davam etdir.
Qeyd edək ki, deyilənləri qəbul etməyən Vanetsyan "Aykakan jamanak" nəşri və onun redaktorundan yazılanlarla bağlı təkzib verməyəcəyi təqdirdə, nəşri məhkəməyə vermək üçün öz vəkillərinə müraciət edəcəyini bildirib.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb
08.04.2020
Ermənilər atəşkəs rejimini 24 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO
3 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
4 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
5 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info