Qubaya vəsait ayrıldı
Tarix: 23.09.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Prezident Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Quba rayonunda əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib, əsas kapitala yönəldilmiş investisiya 39 dəfə, o cümlədən tikinti quraşdırma işləri 45 dəfə artıb, Quba şəhərinin su təchizatı sistemi yenidən qurulub, “Şahdağ” Modul tipli Elektrik Stansiyası, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, “Soyqırımı Memorial Kompleksi”, “Yaşıl” Teatr Kompleksi, Gənclər Mərkəzi, Şahmat məktəbi, Avtovağzal Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 118 mənzilli 4 yaşayış binası inşa edilib, ən müasir tələblərə cavab verən turizm, təhsil, mədəniyyət obyektləri istifadəyə verilib, körpülər salınıb, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb. Quba şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Quba Rayon İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 2 milyon manat ayrılıb. Prezidentin digər sərəncamları ilə Quba şəhərində Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 2 milyon manat, altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədi ilə Nəqliyyat Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info