Xaricdə təhsil alan tələbələr seçki ilə bağlı maarifləndirilir
Tarix: 24.09.2013 | Saat: 14:41:00 | E-mail | Çapa göndər


Sərdar Yusifoğlu: “Çalışacağıq ki, xarici ölkələrdə paytaxtdan kənarda təhsil alan gənclərimzin seçkidə iştirakını asanlaşdıraq”
Ölkə daxilində yaşayan vətəndaşlarla yanaşı, xaricdə təhsil alan tələbələrimizin də seçkidə iştirakı vacibdir. Bunun üçün aidiyyəti dövlət qurumları və qeyri-hökumət təşkilatları qarşıdan gələn növbəti prezident seçkiləri ilə bağlı təbliğat və təşviqat işləri aparırlar. Bu baxımdan Gəncliyin Elmi Mədəni İnkişafı (GEMİ) İctimai Birliyi tərəfindən də xaricdə təhsil alan təlbələrimizin seçki fəallığının artırılması üçün maarifləndirmə aparılır. GEMİ-in sədri Sərdar Yusifoğlu bizimlə söhbətində dedi ki, məqsədləri xaricdəki tələbələrimizin seçkidə iştirakını asanlaşdırmaqdır: “Bildiyimiz kimi, GEMİ dünyanın təxminən 12 ölkəsinə tələbələr göndərir. Bizim həm bakalvar, həm magistratura, həm doktorantura, həmçinin xarici dili öyrənmə kursları, eləcə də müxtəlif sahələr üzrə təcrübələrin artırılması proqamları üzrə xaricdə təhsil alan tələbələrimiz var. Artıq bir neçə ildir ki, bu proses baş verir. Və bizim təşkilatın idarə heyəti tərəfindən belə bir təşəbbüs irəli sürüldü ki, öz hesabımıza bu tələbələrin seçki ilə bağlı maarifləndirilməsinə kömək olaq. Bizim xaricdəki bir çox səfirliklərimiz paytaxtda yerləşir. Paytaxtdan uzaq şəhrələrdə təhsil alan tələbələrimizin isə seçkiyə gəlməsi üçün vaxt və maliyyə çətinlikləri ola bilər. Ona görə biz qərara gəldik ki, paytaxtdan kənarda təhsil alan gənclərimzin seçkidə iştirakını asanlaşdıraq. Eyni zamanda onların səfirliklərlə əlaqələrini daha da möhkəmləndirək. Əvvəlcə Ukrayna və Türkiyədəki səfliyimizlə danışıqlar aparacağıq. Biz xahiş edəcəyik ki, tələbələrin hər hansı çətiliyi varsa, onlara kömək göstərilsin”. O bildirdi ki, tələbələrlə görüşlər keçirilib, eyni zamanda onlar arasında sorğu aparılıb: “Elə tələbələr var ki, paytaxta getmək üçün 23 saat vaxt sərf edir. Bu da tələbə üçün həm yol, həm də yemək pulunu ödəmək baxımından çətindir. Çalışacağıq ki, tələbələrin belə xırda məsələləri həll olunsun ki, onlarda ruh yüksəkliyi yaransın”. S.Yusifoğlu tələbələr arasında maarifləndirmə işlərinə artıq başlandığını vurğuladı: “Artıq bizim Ukrayna və Türkiyədəki nümayəndəliklərimiz təlimatlandırılıb ki, görüşlər aparsınlar. Bu həftədən isə fəaliyyətimizi intensivləşdirəcəyik. Bu həftənin dördüncü günü mən və bizim fəallarda olan Köçəri Qəhrəmanovla yola düşəcəyik. Oktyabırın 8-nə kimi Ukrayna və Türkiyədəki tələbələr arasında maarifləndirmə aparcağıq”. Yeri gəlmişkən, GEMİ sosial şəbəkələrdə də maariflənmə işlərini davam etdirir. “Facebook”da GEMİ-in üzvlərinin təşəbbüsü ilə yaradılmış “Prezidentə Dəstək” qrupu öz əhatəsini genişləndirməkdədir: “Nəinki təkcə gənclər, bütün Azərbaycan xalqı Prezidenti dəstəkləyir. Biz xalqla ünsiyyətdə olanda, həmçinin sosial şəbəkələrdə bunu müşahidə edirik. Bizim iki ay öncə yaratdığımız “Prezidentə Dəstək” qrupuna qısa müddətdə 23 mindən artıq insanın qatıldığnın şahidi olduq. Fürsətdən istifadə edib bütün dəstəkçilərə GEMİ-nin rəbəri olaraq minnətdarlığımı bildirirəm”. Həmsöhbətimizin fikrincə, gənclərdə güclü seçki fəallığı hiss olunur: “Artıq biz əvvəlki onilliklə indiki onilliyi müqayisə edəndə görürük ki, gənclərdə siyasi təfəkkürün oyanması daha geniş hiss olunur. İctimai təşkilatların çoxalması və fəaliyyətlərinin genişlənməsi gənclərdə bu fikri formalaşdırır. Artıq gənclərin bir hissəsi QHT-lərdə, digər hissəsi isə fərdi şəkildə inkişaf etməyə başlayırlar. Bu da gənclərin seçkilərdə iştirak etməsi üçün mühüm faktora çevrilib”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info