Natiq Əhmədov: “Bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən ölkədir”
Tarix: 06.02.2020 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


“Davos Forumu ilə Azərbaycan arasında Bakıda regional mərkəzin yaradılması ilə bağlı niyyət protokolunun imzalanması Azərbaycanın regionda böyük iqtisadi gücə malik olmasının göstəricisidir”

İqtisadiyyat bütün dövlətlərin inkişafının əsasını təşkil edir və bu baxımdan, dövlətin inkişafı onun iqtisadi inkişafından bilavasitə asılıdır. Azərbaycanda iqtisadi inkişaf üçün bütün imkanlar mövcuddur və ölkəmiz özünəməxsus inkişaf metodu ilə fərqlənir. Ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz uğurlu nəticəsini verməkdədir. Keçən il də ölkəmiz uğurla inkişaf edib.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan inkişaf, sabitlik yolu ilə gedib və keçən il iqtisadi sahədə yaxşı nəticələr əldə edilib: “Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, İqtisadiyyatımız 2,2 faiz artıb. Hesab edirəm ki, bu, yaxşı nəticədir. 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb. Bu, dünyada rekord göstəricidir. Bütün statistik məlumatlar araşdırıla bilər, inanmıram ki, buna bənzər artım tempi olsun. Bu 16 il ərzində sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb. Bizim valyuta ehtiyatlarımız 27 dəfə artıb. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatıb. Yəni, bu, özlüyündə böyük bir göstəricidir”.
Mütəxəssislər də bu gün ölkə iqtisadiyyatının inkişafını müsbət qiymətləndirir və bunun uğurlu siyasətin nəticəsi kimi dəyərləndirirlər. Müsahibimiz Azərbaycan Texniki Universitetinin “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının dosenti Natiq Əhmədovdur:

- Ölkədə iqtisadi inkişafı və bu istiqamətdə həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?

- Azərbaycanın iqtisadiyyatda qazandığı uğurları qiymətləndirərkən ilk növbədə qeyd etmək lazımdı ki, bu uğurlar Azərbaycanın iqtisadi müstəqilliyinin nəticəsidir. Bu gün Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və heç bir iqtisadi çətinliyi olmayan ölkədir. Belə ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb. İnflyasiya səviyyəsi cəmi 2,5 faiz təşkil edib. Əhalinin gəlirləri isə 7,4 faiz artıb. Bu, son illər ərzində əhalinin gəlirlərinin inflyasiyanı üstələməyinin göstəricisidir. Bunun əsasında ölkədə sosial sahədə olan bir çox problemlərin həll olunmasına geniş imkanlar yaranır və nəticə olaraq ümumilikdə 4,2 milyon insanın sosial və maddi vəziyyətlərinin yaxşılaşdırılmasına nail olmuşuq. Eyni zamanda, minimum əmək haqqı 2 dəfə, minimum pensiyalar 70 faiz çox, müavinətlər, təqaüdlər və məcburi köçkünlərində müavinətləri artırılıb.

- Ölkə başçısı bildirib ki, makroiqtisadi vəziyyət tam sabitdir, əhalinin gəlirləri inflyasiyanı üstələyib. Valyuta ehtiyatlarımız 6,4 milyard dollar artıb və bu son illər rekord göstəricidir. Bu göstəricilərlə bağlı nə deyərdiniz?

- Prezident çıxışında qeyd edib ki, ölkədə makroiqtisadi vəziyyət tam sabitdir və ölkənin valyuta ehtiyatları 6,4 milyard dollar artıb. Bu son illər ərzində rekord göstəricidir. Belə bir artım sözsüz ki, düşünülmüş siyasəti əks etdirir və vəsaitlərin qənaətlə istifadə edilməsinin nəticəsidir. Dövlət tərəfindən investisiyalar ancaq strateji əhəmiyyəti olan layihələrə qoyulur. Eyni zamanda, valyuta ehtiyatlarımızın düzgün idarə edilməsindən də böyük vəsait əldə edilir. Buna bir çox amillər təsir edir. Onlardan ən əsası Azərbaycanın artıq dünyada böyük hörmətə malik olması, biznes mühitinin stabilliyi və uğurla aparılan iqtisadi siyasətdir.

- Bildirildi ki, ötən il ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulub və ölkəmiz həm xarici, həm də daxili investorlar üçün cəlbedici məkandır. Siz ölkəmizdə investisiya mühitini necə dəyərləndirirsiniz?

- Son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub və onun yarısı daxili sərmayələrdir. Ötən il ərzində isə ölkəmizə 13,5 milyard dollar sərmayə qoyulub və bu ölkəmizin xarici və daxili investorlar üçün cəlbediciliyinin göstəricisidir və Azərbaycanın özəl sektorunun fəal investisiya siyasətinə dəlalət edir. Bütün bunlar tamamilə təmin olunmuş Azərbaycanın iqtisadi müstəqilliyinin əsasını təşkil edir.
Azərbaycanın DAVOS Ümumdünya İqtisadi Forumunda iştirakı və Forum çərçivəsində aparılan danışıqlar bunun əyani sübutudur. Belə bir sərmayə qoyuluşu və valyuta ehtiyatların artımı düzgün siyasətin nəticəsidir. Valyuta ehtiyatlarının təkcə keçən ay ərzində 1 milyard dollar artması Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin edir.
Çox böyük investisiya layihələrinə baxmayaraq, ölkədə xarici borcun sabitləşdirilməsi istiqamətdə mühüm işlər aparılır. Bu gün Azərbaycanın xarici borcu ümumi daxili məhsulun təxminən 20 faizi təşkil edir və bu borcun azaldılması ilə bağlı istiqamətdə müvafiq işlər aparılır. Artıq Azərbaycanın valyuta ehtiyatlarının da həcmi ümumi daxili məhsulun həcminə bərabərdir.

- Dünya İqtisadi Forumunda Azərbaycanda regional mərkəzin yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Bu ölkəmizin regionda iqtisadi gücünün göstəricisidirmi?

-Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə dövlət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Azərbaycanda iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir çox tədbirlərin həyata keçirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində aparılan islahatların nəticəsində Azərbaycan aparıcı beynəlxalq nüfuzlu hesabatlarda mövqeyini ilbəil gücləndirir. Belə ki, hər il Dünya Bankı tərəfindən dərc edilən “Doing Business” hesabatında Azərbaycanın mövqeyi ənənəvi olaraq yüksəlir. Həmçinin Dünya İqtisadi Forumun tərəfindən nəşr olunan və rəqabətqabiliyətlilik üzrə ən geniş qiymətləndirmədə hesab olunan “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin mövqeyi daim yüksəlir. Vergi və Gömrük inzibatlılığı, biznes dairələrinə göstərilən dövlət dəstəyi, qeyri-neft sənayesinin inkişafı bütün iş qurumlarını Azərbaycana cəlb edir və günbəgün sərmayə qoyuluşları artır. Davos Forumu ilə Azərbaycan arasında Dördüncü Sənaye inqilabı üzrə Bakıda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolun imzalanması məhz Azərbaycanın regionda böyük iqtisadi gücə malik olmasının göstəricisidir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
28.03.2020
Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
28.03.2020
Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar
25.03.2020
“Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
25.03.2020
Dünyanın məşhur sənaye istehsalçısı Azərbaycan bazarına daxil olacaq
24.03.2020
Xarici İşlər Nazirliyi, diplomatik nümayəndəliklərimiz xüsusi rejimdə fəaliyyətlərini davam etdirirlər

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Fərqanə Mehmanqızı: “Sosial izolyasiyaya riayət etməyimiz ilk növbədə özümüzün, ailəmizin xeyrinədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info