“Könüllülər ili“nin elan olunması gənclər üçün yeni bir şansdır”
Tarix: 06.02.2020 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Asim Vəliyev: "İnanıram ki, bu il gənclərin düşüncəsində silinməz iz buraxacaq"

2020-ci ilin "Könüllülər ili" elan olunması gənclər təşkilatlarında böyük ruh yüksəkliyi yaradıb. "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev bununla bağlı "Palitra"ya özəl açıqlama verib. Asim Vəliyev deyib ki, könüllülük fəaliyyəti hər bir vətəndaşdan ictimai məsuliyyət tələb edir: "Məhz bu məsuliyyəti dərk edənlər könüllük fəaliyyətinə maraqlı olurlar. Ölkə başçısı tərəfindən 2020-ci ilin "Könüllülər ili" elan olunması gənclərin ictimai məsuliyyətini və fəallığını daha da artıracaq. Artıq gənclərin bu baxımdan fəaliyyəti özünü bir neçə dəfə təsdiq edib. Hələ Azərbaycanda 2015-ci ildə keçirilən Avropa Oyunlarında biz bunu müşahidə etdik. Gənclər könüllülük fəaliyyətinə kütləvi yazılmaqla öz vətənpərvərliklərini nümayiş etdirdilər. Bundan sonrakı beynəlxalaq tədbirlərdə də bu aktivlik davam etdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan gənci dövlətin atdığı addımları dəstəkləyir. Və dövlət də gənclərə öz potensiallarını üzə çıxarmaq üçün şərait yatadır".
Asim Vəliyev bildirib ki, "Könüllülər ili"nin elan olunması da gənclərə öz bacarıqlarını göstərmək üçün yaradılan yeni bir şansdır: "İstənilən gənc bu il çərçivəsində keçirilən layihələrdə fəallıq göstərə bilər. Artıq bu baxımdan tədbirlər keçirilir. Bir çox təşkilatlar və ya fərdi gənclər "Könüllülər ili"ndən ilhamlanaraq innovativ layihələr həyata keçirməyi hədəfləyirlər. Ümumiyyətlə, bu, bir çox gənclərə stimul, motivasiya verib. Çalışacağıq ki, biz də "Könüllülər ili" ilə bağlı tədbirlər keçirək. Gənclərin fikir və düşüncələrini öyrənək. İnanıram ki, bu il gənclərin düşüncəsində silinməz iz buraxacaq".
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Prezident İlham Əliyevin açıqlamaları Paşinyanı küncə sıxışdırdı
14.09.2020
Prezident İlham Əliyev: Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik
24.08.2020
Prezident: Rayonlarda vəziyyət düzgün təhlil edilməli, mövcud nöqsanlar, çatışmazlıqlar araşdırılmalı, insanları narahat edən problemlər öz həllini tapmalıdır
19.08.2020
Paşinyan rejimi Ermənistanda daha bir anti-rus addım atır?
22.07.2020
Ermənistanda ilin sonuna qədər iqtisadi tənəzzül qaçılmazdır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
2 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
3 Toyuğun bu hissəsi xərçəng yaradır
4 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
5 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info