Paşinyanın vəd etdiyi “inkişaf” qarın yağmasından asılıdır
Tarix: 06.02.2020 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


“Qolos Armenii”: “Baş nazirin, çox zaman təsdiq olunmamış rəqəmlərə istinad edərək danışması illüziyadan başqa bir şey deyil”

Bu gün Erənistanda 2019-cu ilin iqtisadi nəticələrinə «parlaq» bir qiymət verən baş nazir Nikol Paşinyan bu il də ölkədəki iqtisadi artımın “pik” həddə çatacağının anonsunu verir. «Armenpress» saytı xəbər verir ki, Paşinyan bu barədə şəxsi «Facebook» səhifəsində paylaşım edib: “Biz hamımız elə çalışmalıyıq ki, 2020-ci ildə kənd təsərrüfatında yaşanan tənəzzülü ram etməklə, ən azı 8-9 faizlik iqtisadi böyüməyə nail ola bilək. Eyni zamand mən 2019-cu ilin iqtisadi nəticələrinin parlaq olduğunu da etiraf etməyliyəm”.
Paşinyanın fikirlərinə münasibət bildirən “Qolos Armenii” saytı yazır: “Paşinyanın bəzi iqtisadi göstəricilərin “parlaqlığını” fərq edrək, digər «parlaq olmayan» parametrləri dilə gətirməməsi ümumi iqtisadi mənzərəni korlayır. Məsələn, hökumət başçısı ölkədəki iqtisadi fəallıqda, xarici ticarətdəki, inşaatdakı artımda «böyük uğurlar» olduğunu bildirsə də, əslində bu səmimilikdən çox uzaqdır. Qeyd edilməlidir ki, Paşinyanın «kənd təsərrüfatındakı tənəzzül» etirafı, əslində ölkənin bu sahədəki iqtisadi ugursuzluğu kimi qəbul edilməlidir. Amma bu da son deyil. Belə ki, baş nazirin danışanda həmişə üstünlük verdiyi elektrik enerjisi istehsalında da ötən il azalmalar qeydə alınmışdı. Belə olan halda, baş nazirin, çox zaman təsdiq olunmamış rəqəmlərə istinad edərək danışması illüziyadan başqa bir şey deyil”. Hökumət başçısının iqtisadi göstəricilərlə bağlı qəribə şərhlərinə öyrəşməyin mümkün olmadığını bildirən sayt daha sonra yazır: “Əgər, doğrudan da baş nazir ölkənin iqtisadi uğurunun açarını Ermənistanda yağacaq ilk qarda görürsə, təbii ki, adekvat qiymətləndirmələr barədə danışmağa ehtiyac yoxdur. (Xatırladaq ki, ötən həftə Paşinyan ölkədə yağacaq ilk qarın Ermənistan iqtisadiyyatına böyük uğurlar gətirəcəyi barədə xalqa müjdə vermişdi-müəl.)”.
Sayt Paşinyanın “Lydian International”ın Toronto Birjasında delistinq proseduru ilə bağlı verdiyi açıqlamaya da diqqət çəkib. Belə ki, bu açıqlamaya görə, dünəndən etibarən bu şirkətin səhmləri artıq siyahıya alınmayacaq. Qeyd edək ki, burada adıçəkilən «Lydian International» şirkəti Amulsar mədənində işlərin dayadırılması ilə əlaqədar olaraq , öz səhmdarlarının maraqlarını qorumaq üçün Kanada məhkəməsinə müraciət etmişdi. Maraqlıdır ki, şirkət bütün bunları Ermənistan hökumətinin fəaliyyətsizliyinə istinad edərək həyata keçirir. Belə olan halda, görən, Ermənistan hökuməti xarici biznes dairələrinin gözü qarşısında formalaşan belə “nüfuz” müqabilində hansı xarici investisiya axını barədə danışa bilər? Yağacaq qarın gətirəcəyi iqtisadi artıma inanan Paşinyanın “nüfuzu” hesabınamı? Təbii ki, hökumətin uğursuz fəaliyyti hesabına sürətlə nüfuzdan düşən Paşinyanın bütün yalanlarına baxmayaraq, həqiqətən də Ermənistan iqtisadiyyatı parlaya bilməyəcək.

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
04.04.2020
Özbəkistanda koronavirusa yoluxanların sayı 263 nəfərə çatıb
04.04.2020
Rusiyada 235 uşaqda koronavirus aşkarlanıb
04.04.2020
“Düz dörd il öncə Azərbaycan ordusu öz gücünü göstərdi“
04.04.2020
Qazaxıstanda koronavirusdan 5-ci ölüm hadisəsi qeydə alınıb
04.04.2020
Ukraynada koronavirusdan 28 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11496

1 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
2 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib
3 Dilşad Musadan karantin günləri ilə bağlı valideynlərə tövsiyələr!
4 İtalyan mətbəxindən “Osso Bucco“-VİDEO
5 Türkiyədə azan vaxtı çəkilən bu video heyrətə gətirdi-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info