Cəmil Həsənli, daha nə istəyirsən?
Tarix: 24.09.2013 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Qondarma “milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin təbliğat-təşviqat kampaniysı indidən fiaskoya uğrayıb. İstər televiziyadakı çıxışı, istərsə də seçicilərlə keçirdiyi görüş qondarma qurumun qondarma “ehtiyat”, “vahid” namizədini nokauta saldı. Canlı efirdə xalqın qarşısında etdiyi və mili-mənəvi dəyərlərə, əxlaqa zidd çıxışı ilə vətəndaşların qəzəbinə tuş gələn Cəmil Həsənliyə «alim» kimi hörmət edən bir neçə nəfər var idisə, onlar da saxtakarın iç üzünə bələd oldular. Həsənli həmin bir neçə nəfərin də yanında olan-qalan hörmətini itirmiş oldu. Bu məqamlar məsələnin bir tərəfidir. Bizim qeyd etmək istədiyimiz məsələnin bir başqa tərəfidir. Belə ki, “şura”nın namizədinin gəlirləri və mülkləri ilə bağlı məlumat yayılıb. Cəmil Həsənlinin seçki qərargahının rəhbərlərindən biri olan Gülağa Aslanlı yayılan məlumatları təsdiqləyib. Saxta yolla özünə pensiya düzəldən “alim”in gəlirləri haqqında məlumatlarla tanış olanda bilmirsən təəccüblənəsən, yoxsa heyrətlənəsən. Başqasının pulunu, var-dövlətini saymaq kimi bir mərəzimiz yoxdur. Amma efirdə insanlara “dərs” keçmək istəyən, əhalinin sosial vəziyyəti ilə bağlı yalan-palan məlumatlar yayan “ehtiyat”, “vahid” namizədin aylıq qazancına diqqət edəndə görürsən ki, onu nə xalq, nə xalqın aztəminatlı hissəsi maraqlandırır. Azərbaycan xalqının bütün vətəndaşları kimi aztəminatlı hissəsi dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunub. Müxtəlif sosial proqramlar vasitəsilə dövlət həmin təbəqədən olan insanlara hər cür yardım göstərir. Məcburi köçkün və qaçqınlara hər cür dəstək verilir, təqaüdçülərin aldığı pensiyalar hər il artırılır və s. Bütün bunlar təbii ki, Cəmil Həsənlini maraqlandırmır. Ona görə ki, özü saxta yolla düzəltdiyi sənəd əsasında ayda nə az, nə də çox- düz 2002 manat təqaüd alır. Belə olan halda onu əlbəttə ki, minimum məbləğdə pensiya alan vətəndaş maraqlandırmayacaq. Bu hələ harasıdır. Bizim “tarixçi alim” bu təqaüdlə kifayətlənmir. Evinin altındakı zirzəmini aylıq 900 manata icarəyə verib. Buraya Əməkdar müəllim kimi aldığı 60 manatı, universitetlərdə saat hesabı dərslərə görə aylıq maaşı, sifarişli kitablara görə sifarişçilərdən aldığı qonorarı, üstəgəl həyat yoldaşının aldığı 110 manat təqaüdü də əlavə etmək lazımdır. Belə çıxır ki, “tarixçi alim”in aylıq qazancı təxminən 5 min manata yaxındır. İllərini, gözlərinin nurunu elmə, tədqiqatlara sərf edərək ondan dəfələrlə az maaş, pensiya alan alimlərimiz hara, Cəmil Həsənli hara. Həmin alimlərimiz gəlirlərinin az olmasına baxmayaraq, həmişə dövlətə sədaqətli olublar, onlar üçün Vətən, Dövlət anlayışı puldan-paradan həmişə öndə olub. Amma Cəmil Həsənli kimi saxtakar “alim” üçün bu, belə deyil. Ayda 5 min manata yaxın gəliri var, el arasında deyildiyi kimi bu qədər gəlirə xan-bəy kimi yaşamaq mümkündür. Daha nə istəyirsən?

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info