Regionlara genişzolaqlı internet xidmətlərinin göstərilməsi artır
Tarix: 24.09.2013 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Qax rayonunun 42 kəndində genişzolaqlı internet xidmətlərinin göstərilməsinə başlanılıb. Qax Telekommunikasiya qovşağının rəisi Qazı Ömarovun “ictnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, vətəndaşların bütün multimedia xidmətlərindən istifadəsi üçün heç bir problem yoxdur.
Qovşaq üzrə montaj tutumu 11060 nömrəyə çatdırılıb. “Elektron hökumət” layihəsi çərçivəsində rayonun bütün İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri sürətli internet xidməti ilə təmin edilib. Rayonda hər 100 nəfərə düşən telefon aparatlarının sayı 19.8 ədəd, hər 100 ailəyə düşən telefonların sayı isə 88.3 ədəddir. 100 nəfərə düşən ADSL abunəçilərinin sayı 5,4, 100 ailəyə düşən ADSL abunəçilərinin sayı isə 24-dür. Rayon üzrə internet abunəçilərinin sayı 2882 nəfərə çatıb.
Qaxın rabitə şəbəkəsi müasir elektron ATS-lərlə tam təchiz edilməklə bütün kəndlərlə olan birləşdirici xətlər optikləşdirilib. Qax TKQ-nın inzibati binası ən müasir tələblər səviyyəsində təmir edilərək binanın fasadı təbii üzlük daşla üzlənib ki, bu da qədim Qaxın digər binaları ilə ahəng təşkil edir.
Rayonda CDMA tipli simsiz rabitənin tətbiq olunması isə sakinlərin telefon rabitəsinə olan tələbatını tam ödəyir. Kəndlərlə birləşdirici xətlərin optikləşdirilməsi rayonda şəhər və kənd abunəçiləri arasında rəqəmsal fərqi tamamilə aradan qaldırıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info