Qazaxıstanda kütləvi dava nəticəsində 8 nəfər həlak olub, 40-dan çox insan yaralanıb
Tarix: 08.02.2020 | Saat: 12:05:00 | E-mail | Çapa göndər



Qazaxıstanın Jambıl vilayətinin Korday rayonunda baş verən kütləvi dava nəticəsində 8 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Xəsarət alanlardan ikisi polis əməkdaşıdır.


AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər naziri Erlan Turqımbayev mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, fevralın 7-də saat 19:00-da növbətçi polis hissəsinə Korday rayonunun Masançi kəndində 70 nəfərin iştirak etdiyi kütləvi dava haqqında məlumat daxil olub. Davaya qoşulanların sayı sonradan 300 nəfərə çatıb.
İlkin məlumata görə, münaqişənin gedişində 30-dan çox evə, 15 ticarət obyektinə və 23 avtomobilə ziyan dəyib. İğtişaşlarda iştirak edən şəxslərdən 47-si saxlanılıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Twitter” səhifəsində insidenti şərh edərək bildirib ki, Jambıl vilayətində ictimai qaydanın və təhlükəsizliyin pozulmasında təqsirkar olanlar ciddi şəkildə cəzalandırılacaqlar.




 
Bölməyə aid digər xəbərlər
08.04.2020
“Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirilib
08.04.2020
Serj Sarkisyanın qardaşı Ermənistana təhvil veriləcək
08.04.2020
Paşinyan artıq komandasına da etibar etmir
08.04.2020
Tbilisidə bina uçub, fəhlələr dağıntıların altında qalıb
08.04.2020
Ermənistanda 881 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11498

1 “300 minə yaxın işçinin əməkhaqqısının 50 faizə qədərinin dövlət tərəfindən dəstəklənməsi nəzərdə tutulur”
2 “Dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün lazımi addımlar atılır”
3 İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə...
4 Prezident Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
5 Azərbaycana gələn əcnəbilərin sayı artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info