Azərbaycanlı koronavirus əleyhinə dərman hazırladı
Tarix: 08.02.2020 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


Qazax rayon Kosalar kənd sakini Asif Zöhrabov Çində yayılan öldürücü yeni növ koronavirusun insandan insana keçərək yayılmasının qarşısını ala biləcəyini iddia edir.
“Sputnik Azərbaycan” xəbər verir ki, o, 10 günə yaxın müddət ərzində üzərində işlədiyi maddənin artıq hazır olduğunu bildirib. Onun sözlərinə görə, hazırladığı dərman sprey formasındadır və püskürüldüyü yerlərdə virusun yayılmasının qarşısını almaq qabliyyətindədir.
A.Zöhrabov qoruyucu spreyi hazırlamaq üçün tütün, kükürd, sarımsaq və bir neçə digər maddənin qarışığından istifadə etdiyini bildirib.
“Koronavirus haqda söhbətlər başlayanda mən də ondan necə qorunmağın yollarını fikirləşməyə başladım və bu spreyi hazırladım. Tam olaraq əminəm ki, onun vasitəsilə nəinki koronavirusun, eyni zamanda bir çox digər virusların yayılmasının qarşısını almaq mümkündür. Bununçün xəstəliyin yayıla biləcəyi yerlərin bu spreylə dezinfeksiya edilməsi kifayət edir”, - deyə məlumat verib.
A.Zöhrabov niyyətinin ölkəmizi bu virusdan qorumaq və bacardığı qədər insanlara yardım etmək olduğunu söyləyib.




 
Bölməyə aid digər xəbərlər
29.03.2020
Həkimdən koronavirusla mübarizədə dəyərli məsləhətlər!
27.03.2020
Süd verən analara koronavirusla bağlı müraciət
26.03.2020
Virusları məhv edən dərman bitkiləri - Dəmləyib içə bilərsiniz- VİDEO
25.03.2020
Yüksək təzyiqlə koronavirus arasında əlaqə aşkarlandı
25.03.2020
Koronavirusun yeni əlaməti bir neçə gün ərzində iy və dadbilmə hissinin itməsidir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11483

1 “Bütün vətəndaşlar xüsusi karantin rejiminə əməl etməlidirlər”
2 Evdə qalmaq niyə vacibdir? – Rəşad Mahmudov səbəbləri açıqladı- VİDEO
3 Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi təkzibi
4 Həkim-fitoterapevt: “Koronavirusa qalib gəlmək üçün şəxsi gigiyena qaydalarına tam əməl edilməlidir”
5 Psixoloq Tünzalə Verdiyeva: “Azərbacanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info