Son on ildə təhsilin inkişafı üçün mühüm dövlət proqramları qəbul edilib
Tarix: 24.09.2013 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


YAP Binəqədi rayon təşkilatı təbliğat-təşviqat görüşlərini davam etdirir
YAP Binəqədi rayon təşkilatı 9 oktyabr prezident seçkiləri ilə əlaqəli təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Qeyd edək ki, bu qəbildən olan növbəti görüş Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) müəllim-tələbə heyəti ilə təşkil edildi. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Milli Məclisin üzvü, millət vəkili Rafael Cəbrayılov, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, professor Asəf Zamanov, Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Sirac Məmmədov və akademiyanın müəllim-professor heyəti və tələbələr iştirak etdilər. Tədbiri giriş sözü ilə açıq elan edən Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru Sirac Məmmədov bildirdi ki, bu gün keçirilən görüş çox əlamətdardır, çünki hazırda ölkəmiz prezident seçkiləri kimi mühüm siyasi prosesi yaşayır. Prezident İlham Əliyevin son on ildə həyata keçirdiyi uğurlu siyasətdən danışan S.Məmmədov bildirdi ki, bu gün Azərbaycan regionun aparıcı dövlətinə çevrilib: “Doğurdan da son 10 ildə əldə olunan uğurların sayı-hesabı yoxdur. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, təhsil sahəsində kompleks islahatlar aparılır”. Çıxışında seçki prosesi ilə bağlı təbliğat kampaniyasının getdiyini vurğulayan Sirac Məmmədov seçkidə hər kəsi fəal olmağa, ədalətli və vicdanlı seçim etməyə çağırdı. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyasının aparılmasından danışan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək bildirdi: “Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası prezident seçkilərində İlham Əliyevin namizədliyini irəli sürüb və partiyamızın namizədi uğurla qeydə alınıb. Bu gün partiyamızın namizədinin təbliğat-təşviqat kampaniyası gedir. Bu kampaniya çərçivəsində ən müxtəlif görüşlər keçirilir və seçicilərlə müzakirələr aparılır”. Ramiz Göyüşov bu gün ölkənin taleyinin məhz gənclərlə bağlı olduğunu və gəncliyin hazırda daxili-xarici siyasi və iqtisadi prosesləri bilməsinin vacib olduğunu vurğuladı. O, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan tələbələrin əksəriyyətinin məhz müstəqillik illərində doğulduğunu və son 20 ilin uğurlarının onların diqqətinə çatdırılmasının vacib olduğunu qeyd etdi. YAP Binəqədi rayon təşkilatınn sədri qeyd etdi ki, son on ildə təhsilin, səhiyyənin inkişafı üçün mühüm olan dövlət proqramları qəbul edilib. Gənclərimizin xaricdə təhsil alması üçün əlverişli şərait yaradılıb. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanı sözün əsil mənasında xilas etdiyini bildirən Ramiz Göyüşov, bu gün müstəqilliyin İlham Əliyev tərəfindən daha da möhkəmləndiyini, Azərbaycanın dünyanın stabil dövlətlərindən birinə çevrildiyini və bu stabillik nəticəsində ictimai həyatın bütün sahələrində tərəqqinin əldə olunduğunu bildirdi. Həyata keçirilən dövlət proqramlarının sayəsində ölkəmizin sürətlə inkişaf etdiyini bildirən YAP Binəqədi rayon təşkilatının sədri müəllim-tələbə heyətini seçkilərdə fəal şəkildə iştirak etməyə və İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətə səs verməyə səslədi. Sonra tədbirdə çıxış edən millət vəkili Rafael Cəbrayılov bildridi ki, sevindirici haldır ki, bu gün tədbirdə iştirak edənlərin böyük əksəriyyəti gənclərdir. O bildirdi ki, gənclərin varlığı Azərbaycanın inkişafını istəyən şəxslər üçün qürur mənbəyidir. Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasətini qeyd edən millət vəkili tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, bu gün cəmiyyətimzdə 14-29 yaş arası şəxslərin faiz nisbəti 32 fazidir ki, müqayisəli təhlil aparsaq bunun dünya miqyasında böyük bir rəqəm olduğunu görərik. Seçki prosesinə toxunan Rəfael Cəbrayılov seçki hüququnun mühüm bir hüquq olduğunu və tarixin bütün zamanlarında bu hüquqa görə mübarizələrin getdiyini bildiridi: “Bütün dövrlərdə insan üçün azadlıq hüququndan sonar ikinci mühüm hüquq seçki hüququ olub. Bu mənada istərdim ki, hər bir gənc, hər bir seçici seçkilərdə iştirak etsin və vicdanla seçim etsin”. Sonra öz çıxışında ölkəmizdə aparılan sosial-iqtisadi siyasətə toxunan Rafael Cəbrayılov bildirdi ki, aparılan islahatlar nəticəsində işsizlik 5.2 faizə enib, halbuki Avropa İttifaqında bunun orta göstricisi 26 faizidir. Seçkidə iştirakın ölkə və ümumiyyətlə cəmiyyət üçün zəruri olduğunu qeyd edən millət vəkili hər kəsi 9 oktyabr prezident seçkilərində iştirak etməyə və ədalətli secim etməyə çağırdı. Sonra çıxış edən Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanması İnstitutunun rektoru, professor Asəf Zamanov ölkədə intelektual potensialın inkişaf etdiyini və Prezident İlham Əliyevin elmə, təhsilə daim diqqət göstərdiyini qeyd etdi. Azərbaycanda təhsil sahəsində aparılan uğurlu siyasəti qeyd edən Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov ölkəmizdə yeni təhsil müəssisələrinin açıldığını və onların əksəriyyətinin əsaslı şəkildə təmir edildiyini qeyd etdi. Sonra tədbirdə çıxış edən akademiyanın müəllimi, professor Rafiq Zeynalov, akademiyanın tərbiyə işləri üzrə təlimatçısı Şərafəddin Şərifov, akademiyada YAP ərazi ilk partiya təşkilatının sədri Hökumə Əkbərova, akademiyanın iqtisadiyyat və inzibati idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Nigar Camalzadə müəllim-tələbə heyəti adından çıxış edərək 9 oktyabr seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirdilər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq
25.09.2018
Xüsusi təyinatlılar üçün yeni snayper istehsalına başlanılıb
25.09.2018
Zeynab Kazımova yeni vəzifəyə təyinat alıb
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info